Kağızdoğrayandan istifadə zamanı təhlükəsizlik qaydaları – Paper shredder safety

31 August 2020
Baxış sayı:

“KAĞIZ DOĞRAYAN”

avadanlıq ilə bağlı əsas təhlükələr:
1. Paltarımızın hissələri və ya zinət əşyaların ilişməsi nəticəsində – əl, barmaq xəsarətləri
2. Avadanlıqda tıxanma yarandığı zaman əlimiz ilə kağızları çıxartmaq istədikdə – əl, barmaq xəsarətləri
3. Kağızın avadanlıqda uzun müddət tıxanıb qalması zamanı tüstülənmə, alışma və yanğın təhlükəsi
4. Avadanlıq üzərində və ya onun kabel hissəsində olan nasazlıq zamanı elektrik təhlükəsi
5. Avadanlığın daxilindəki tullantının boşaldılması zamanı erqonomik təhlükələr

Təhlükəsizlik tədbirləri:
6. Kağız doğrayan-dan düzgün və təhlükəsiz istifadə qaydalarını bildiyinizə əmin olun.
7. İstifadədən əvvəl apartın özündə və ya elektrik kabelində, çəngəlində hər hansı zədənin olub-olmadığını yoxlayın.
8. Aparatda hər hansı nasazlıq aşkar etsəniz bu barədə ofis menecerə və ya digər məsul şəxsə, həmçinin STTƏMM məsləhətçisinə məlumat verin. Bu zaman aparatın üzərinə “İSTİFADƏ ETMƏYİN! TƏHLÜKƏLİDİR!” işarəsi yerləşdirilməlidir.
9. Kağız doğrayanın elektrik kabeli ayaq altında, gediş-gəliş yolunda olmamalıdır
10. Kağız doğrayandan istifadə etdikdən sonra mütəmadi olaraq yerləşdirildiyi otaq ventilyasiya olunmalıdır.
11. İstifadə zamanı fikriniz yalnız gördüyünüz işdə olsun
12. Qızıl-zinət əşyalarını, uzun saçları, uzun və boş geyim hissələrini kağızdoğrayanın ağız hissəsindən kənar tutmaq lazımdır.
13. Barmaqlarınızı və ya hər hansı başqa əşyanı aparatın ağız hissəsinə yerləşdirməyin. Bu avadanlıq yalnız kağız üçün nəzərdə tutulub.
14. Kağızı asta-asta aparatın ağız hissəsinə yerləşdirin, heç vaxt kağızı təzyiqlə məcburi formada yerləşdirməyin.
15. Kağızları az miqdarda aparata daxil edin. Əks təqdirdə tıxac yaranacaq.
16. İsitifadə zamanı kağızdoğrayanın motorunun qızdığını müşahidə etsəniz dərhal söndürün. Ən azı 15 dəqiqə istifadə etməyin.
17. Kağızdoğrayanda tıxac əmələ gəldiyi zaman və ya içindəki kağızları boşaltmaq istədiyiniz vaxt, aparatı elektrik cərəyanından ayırdığınıza əmin olun.
18. Erqonomik təhlükələrdən uzaq olmaq üçün kağız doğrayanın kiçik şkaf və ya stul üzərində yerləşdirilməsi məsləhətdir. Lakin, bu vaxt aparatın yerə düşməsini önləmək lazımdır.