Konservləşdirilmiş qidaların sağlamlığa təsiri

31 August 2020
Baxış sayı:

Çox təhlükəli olan və ölümlə nəticələnə bilən qida zəhərlənmələrindən botulizm xəstəliyi vaxtaşırı müşahidə edilir ki, bunun da əsas səbəblərindən biri ev şəraitində hazırlanmış və ağzı kip bağlanmış bankalarda saxlanan şoraba (turşu) məhsulları olur. Kip bağlanaraq saxlanan tərəvəz turşularında gözlə görünməyən botulizm mikroblarının sporları qaldıqda, onlar havasız mühitdə sürətlə inkişaf edərək özlərindən çox zəhərli olan botulizm toksini ifraz edir və qəbul edildikdə güclü zəhərlənməyə, hətta ölümə səbəb olur.

Ev şəraitində tərəvəzlərin axar su altında təmiz yuyulmaması, konserv bankalarının sterilliyinin təmin edilməməsi nəticəsində botulizm törədicilərinin məhsulun tərkibində qalması və məhsulu öz toksinləri ilə çirkləndirməsi bu konservlərin istifadəsi zamanı qida zəhərlənmələrinə səbəb olur.

Bu qaydaları bilməklə Siz həm özünüzü, həm də yaxınlarınızı qida zəhərlənmələrindən qoruya bilərsiniz.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi

Mənbə: Az.Res. Səhiyyə Nazirliyi