Maddənin Təhlükəsizlik Məlumatı vərəqi – MSDS

31 August 2020
Baxış sayı:

MSDS – Material Safety Data Sheet – Maddənin təhlükəsizlik məlumatları sənədi

Giriş
Maddənin təhlükəsizlik məlumatı (bundan sonra MSDS) maddənin potensial təhlükələrini və onunla hansı formada təhlükəsiz davramağın yolarını gösətərən bir sənəddir. MSDS maddənin üzərindəki məhsul nişanından (product label) daha çox məlumatları özündə cəmləyir. MSD maddənin, məhsulun təchizatçısı və ya istehsalçısı tərəfindən hazırlanır. Burada əsas məqsəd:
• Sifarişçini məhsulun mümkün təhlükələrindən xəbərdar etmək
• Məhsuldan necə təhlükəsiz istifadə etməyin yollarını gösətərmək
• Tövsiyyələrəə əməl olunmadığı təqdirdə nələr baş verə biləcəyini bildirmək
• Qəza baş verərsə hansı addımı atmaq
• Məruzqalamanın simptomlarının nələrdən ibarət olduğunu bildirmək və s.

MSD-ə ehtiyyac varmı?
Yerli qanunvericilik barəsində bir söz deyə bilməsək də, qeyd etmək istəyirik ki, əksər ölkələrdə hər bir maddənin MSDS-nin olması zəruri bir haldır. Hər bir maddəyə görə onlara spesifik MSDS hazırlanmalıdır. Misal üçün, Kanadada bu proses WHMIS (Workplace Hazardous Materials Informations System) ilə idarə olunur.

MSDS-də hansı məlumatlar öz əksini tapır?
Qeyd edək ki, bu regiondan və ölkələrin qanunlarından asılı olaraq dəyişə bilir. Bəzi ölkələrin hazırladığı MSDS-lərdə 9, bəzilərində 12, bəzilərində 16 məlumat əks olunur. Avropa zonası üçün bu rəqəm 16-dır və aşağıdakı məlumatlardan ibarətdir:
• Maddənin adı, istehsalçısı, təchizatçısı, əlaqə nömrələri, ünvan
• Maddənin tərkibi (kommersiya sirri olduğundan, əksər vaxtlar bu məlumat detallı şəkildə yazılmır)
• Təhlükəliliyi, xüsusiyyətləri
• İlk yardım tədbirləri
• Yanğın baş verərsə onunla mübarizə üsulları
• Təsadüfi dağılmalar zamanı görüləcək tədbirlər
• Düzgün istifadə və saxlanma qaydaları
• Maddəyə məruz qalmadan mühafizə və FMV
• Stabilliyi və reaktivliyi
• Fiziki və kimyəvi xüsusiyyətləri
• Toksikoloji məlumatları
• Ekoloji məlumatları
• Tullantıların düzgün idarə olunması
• Daşınma qaydaları
• Qanuni cəhətdən tənzimlənmə məlumatları
• Digər məlumatlar (misal üçün: qısaltmaların izahı və s)

MSDS-də göstərilən məlumatların oxucuları əsasən SƏTƏMM nümayəndələri, həkimlər, sağlamlığa cavabdeh digər şəxslərdir. Lakin, supervayzerlər, sıravi işçilər, fövqəladə hallara reaksiya komandasının üzvləri və digər şəxslər də MSDS-dən anlayışları olmalıdır. Verilən məlumatların hamı tərəfindən başa düşülməsi üçün MSDS tez bir zamanda dəqiq, asan, başa düşülən formada hazırlanmalıdır.

MSDS-də gösətrilən məlumatların hamısı siz tərəfindən oxunmalıdırmı?
Məsləhətdir ki, qeyd olunan bütün məlumatlar oxunsun, lakin tələb deyil. Başqa sözlə Elə də vacib deyil. Bir az da açıqalsaq, daha doğrusu bu daşıdığınız vəzifədən asılı ola bilər. Misal üçün, iş yerindəki həkim üçün maddənin təhlükəlilik xarakteristikası və ilk yardım tədbirləri daha vacibdir, nəinki maddənin düzgün daşınma (transportation) qaydaları. Lakin, istənilən halda bütün işçilər maddənin təhlükələrindən agah olmalı və düzgün mühafizə tədbirlərini bilməlidirlər.

MSDS-dəki məlumatlar nə vaxt istifadə edilməlidir?
Əlbbət ki, sizin iş yerinizdə çox sayda kimyəvi maddələr saxlanıla bilər. Və sizin bunların hamısının MSDS-indəki məlumatları yadınızda saxlamağınız çətin olacaq. Elə bir tələb də yoxdur ki, bütün maddə haqqında məlumatları bilməlisiniz. Xeyr. Belə olsa idi,
MSDS vərəqləri nəyə lazım idi?!
Yaxşı təcrübədir ki, maddələrin daşınması və iş yeridə yilkin yerləşdirilməsi işini görən şəxslər bu məlumatlarla tanış olmalıdırlar. Ümumi halda isə, hər dəfə işdən öncə aidiyyatı maddənin MSDS-nə nəzər yetirmək lazımdır.

MSDS-dəki məlumatlar köhnə ola bilərmi?
Əlbəttə ki… Nəzəriizdə saxlayın ki, iş yerinizdə olan maddələrin MSDS-ləri minimum 3 ildən bir yenilənməlidir. Bu o demək deyil ki, MSDS-dəki məlumatlarda mütləq hansısa dəyişikliklər olmalıdır. Xeyr. Lakin, 3 ilin tamamında maddənin istehsalçısına və ya təchizatçıya müraciət etmək və ondan təkrarən aidiyyatı MSDS-i tələb etmək lazımdır. Ola bilər ki, istehsalçı tərəfindən hansısa yeni məlumatlar əlavə olunsun və ya hansısa köhnə məlumatlar MSDS-dən çıxarılsın. İstəlin halda qeyd olunan müddətdən bir
MSDS-in yeni versiyası istənilməlidir.

İşəgötürənin MSDS üçün məsuliyyəti varmı?
Əlbəttə. Ən böyük məsuliyyət ondan ibarətdir ki, işəgötürən istifadə etdiyi maddələrin iş yerində MSDS-nin olduğuna və onların yeni olduğuna əmin olmalıdır. Bundan başqa, MSDS məlumatlarının işçilər üçün əlçatan olması naminə işlər görməlidir. Misal üçün, işçilərə bu mövzu ilə bağlı təlimlərin keçirilməsi, məlumatların verilməsi, iş yerində müxtəlif sahələrdə MSDS vərəqlərinin yerləşdirilməsi və s.
Unutmayın ki, əgər işəgötürən özü öz iş yerində kimyəvi maddə hazırlayıb onları istifadə edirsə, bu halda, işəgötürən həmin qarışığın MSDS-ni tərtib etməlidir.
Qeyd: Kimyəvi maddələrdən təhlükəsiz istifadə qaydaları haqqında daha ətraflı məlumat üçün HSE.AZ saytında “sağlamlıq” bölməsindəki “COSHH” təlimatımıza nəzər yetirməyinizi məsləhət görürük.

Mənbə: American National Standard for Hazardous Industrial Chemicals – Material Safety Data Sheets – Preparation (ANSI Z400.1-2004), Canadian Occupational Health and Safety.