Motivasiya – Motivation

31 August 2020
Baxış sayı:

Həyatınız boyu edilməsi lazım olan işlər üçün motivasiyanızı yüksək tuta bilirsinizmi? Bəs, etdiyiniz hər işi, həmişə sevərək edirsiniz? Xeyr? Bəlkə də iş siyahınızı davamlı olaraq yeniləyir, amma bəzi işləri həmişə ən sona buraxır, davamlı olaraq təxirə salırsınız. Bir işə başlamağı təxirə saldıqca, ya da başa vurmaqda çətinlik çəkdikcə, əldə etdiyiniz yeganə şey: daha çox təzyiq və stress olar. Həm özünüzə olan etibarınızı, həm də müvəffəqiyyətinizi sürətlə aşağı salacaq olan bu vəziyyət motivasiya problemləri yaşadığınızın göstəricisi ola bilər.

Motivasiya insanın ümumiyyətlə performansı, işi və hədəfləri baxımından nə qədər istəkli və qərarlı olduğuna bağlı vəziyyətidir. Motivasiya sıfır olduqda, performans da mütləq sıfır olacaqdır.

Motivasiya aşağı olduqda, işə gəlmək istəməmək, gec qalmaq, yer dəyişdirmə, hətta işdən ayrılma istəyi kimi negativ hallar baş verir. Hər birimizin rastlaşdığı bu vəziyyətdən xilas olmaq isə o qədər də çətin deyil.

Özünüzə güvənin:

Bacara bilmərəm, edə bilmərəm deməyin: Bəli, edə bilərsən! Başqaları nə edə bilirsə, sən də edə bilərsən. Eyni boyda beyin, eyni iki qol və ayaq, hər gün eyni zaman kəsiyində başqalarının etdiyini qeyri-adi görünən hər bir şeyi sən də edə bilərsən.

Sabah edərəm deməyin: Bəlkə, edə bilməzsən. Bu gün edə biləcəyin şeyləri əsla təxirə salma. Sabah zəmanət deyil və gələcəyin nə gətirəcəyini heç kəs bilmir. Yalnız bu andan əminsən. Buradasan və hədəflərinə çata bilərsən.

Bu mənim üçün doğru olmaya bilər: Etməyə çalışdığınız şeyin sizin üçün ən yaxşısı olduğundan heç bir zaman 100% əmin ola bilməzsiniz. Çünki davamlı olaraq hər şey yenilənir və dəyişir. Hədəfə gedərkən bir çox dəfə yol dəyişdirə bilərsiniz. Əla fürsətlər qapınızı döyənə qədər gözləməyin. Hərəkət edin.

Unutmayın motivasiya daxili və xarici faktorlardan olduqca asılıdır. Öz motivasiya mənbələrinizi idarə etməyə çalışın.

Daxili motivasiya: Daxili faktorlara bağlı şəxsi ehtiyaclarınızı qarşılama motivasiyanızdır. Hobbilər, boş zamanınızda etdiyiniz fəaliyyətlər və s. daxili motivasiya sayəsində etdiklərinizə bir nümunədir. Daxili motivasiya söz mövzusu olduqunda, etdiyiniz şeyi yalnız və yalnız “zövq aldığınız üçün” edərsiniz, məcbur olduğunuz üçün deyil

Xarici motivasiya: Digərləri tərəfindən təqdim edilən və ya idarə edilən xarici faktorlarla əlaqədar olaraq ortaya çıxan motivasiyadır. Aldığınız maaş ya da tərif xarici motivasiyaya nümunədir. İş həyatı demək olar ki, xarici motivasiya üzərində inşa edilmişdir. Etməkdə olduğumuz işin bir hissəsindən şəxsən zövq alsanız da, təməl motivasiya mənbəyi xarici təsirlərdir.

Əslində ən çox təsir xaricdən gələn təsirlərdir. Sevmədiyiniz bir işi görərkən eşitdiyiniz xoş tərif və ya mükafat sizi sevindirə biləcəyi kimi, eyni zamanda sevdiyiniz bir işi görərkən əmək haqqının ödənilməməsi, ya da gördüyünüz işə dəyər verilməməsi sizin işə olan marağınızı öldürə bilər.

Amma nə olur olsun xaricdən gələn mənfi təsirlərə fikir verməyin. Sadəcə özünüzə inanın. Əmin ola bilərsiniz ki, hər şey gözəl olacaq.

İstinad: hr-az.com
Mənbə: motivasiya.com