Nəqliyyat təhlükəsizliyi – Transport safety
İş yerində nəqliyyatın hərəkəti təhükədir:
• Piyadalar üçün
• Sürücü üçün
• Digər nəqliyyat vasitələri üçün
Yol nəqliyyat qəzaları ciddi və ölümcül xəsarətlərə, eyni zamanda əmlaka və avadanlığa zərər dəymə ilə nəticələnir.
Nəqliyyatın hərəkəti ilə bağlı olan əsas təhlükələr:
• Yüksək sürət – Maşın toqquşmalarının və aşmalarının ən əsas səbəbi sürücülərin yüksək sürətlə maşını idarəetməsidir. Yüksək sürət əsasən sürücünün səhvi səbəbilə olur. Eyni zamanda yüksək sürətin effekti yolun qeyri-bərabər səthi, sürüşkənliyi, eniş üzrə hərəkət edən zaman və s. Unutmaq lazım deyil ki, yüksək sürətlə hərəkət edən zaman əyləcin qəfil sıxılması da ciddi nəticələrə gətirib çıxara bilər.
• Geriyə hərəkət – bu, sürücünün görməsini məhdudlaşdırır. Xüsusilə də, kamera olmadan sürücü nəqliyyatı geriyə verməkdə çətinlik çəkir. Bundan başqa, geriyə vermə siqnalının olmaması (park radar) piyadaların gələn maşından xəbərsiz olmasına və görməməsinə səbəb ola bilər.
• Nəqliyyatın səssiz idarə olunması – bütün növ nəqliyyat vasitələrinin səssiz idarəolunması həm piyadaların, həm də digər sürücülərin eşitməməsinə səbəb oal bilər.
• Zəif görmə – Xüsusilə də, hər hansı yükün arxasında olanda, uzun yük maşınlarının arxasında, geriyə hərəkət zamanı bu hallar meydana çıxır. Zəif görmə imkanından danışan zaman daxil olma və çıxış nöqtələrini, işıqlanma səviyyəsindəki fərqləri də misal çəkə bilərik. Misal üçün: Avtokarın çöl şəraitindən bağlı anbar binasına daxil olması…
Nəqliyyatın hərəkətsiz halı ilə bağlı təhlükələr:
• Nəqliyyatın yüklənməsi (misal üçün: hündürlükdə görülən işlər)
• Boşaltma işləri
• Yüklərin mühafizə olunması (misal üçün: işçi məcburdur yükü bağlamaq üçün maşının üzərinə çıxsın)
• İki nəqliyyat vasitəsinin bir-birinə qoşulması (misal üçün: toqquşma)
• Texniki xidmət – servis işləri (misal üçün: sürücünün maşının altına daxil olamsı)
Nəqliyyatın idarəedilməsi ilə bağlı olan risklər:
• İdarəetmənin itirilməsi və aşma (səbəblər: Sürücü səhvi, ətraf mühit amilləri, Mexaniki problemlər)
• Toqquşma (digər nəqliyyat vasitələrilə, piyadalarla, hər hansı obyektlə – misal üçün bina ilə)
Forkliftlərin aşmasına səbəb olan faktorlar:
• Döngələrdə sürətli hərəkət
• Çəngəllərin həddindən artıq yüklənməsi
• Çala-çuxur üzərindən sürmək
• Yükü qaldıra-qaldıra hərəkət etmək
• Təkərlərdə qeyri-bərabər təzyiq
• Yoxuşa qarşı sürmək
• Qəfil əyləci sıxmaq
• Hər hansı obyektlə toqquşmaq
Nəqliyyat vasitələrinin toqquşma riskini artıran faktorlar:
• Yüksək sürət
• Zəif işıqlanma
• İşarəçinin köməyi olmadan geriyə hərəkət
• Kor nöqtələr
• Pis hava şəraiti
• Məhdudlaşdırılmış görmə
• Piyada səkilərinin və kəsişmə nöqtələrinin zəif dizaynı
• Texniki xidmətin zəif olması
Nəqliyyat vasitələrinin geriyə hərəkət zamanı qəza riskini azaltmaq üçün tədbirlər:
• Tək istiqamətli yol prinsipi tətbiq etməklə geriyə hərəkətdən yayınmaq
• Nəqliyyat vasitələrinin və piyadaların hərəkət yollaırnın ayrılamsı
• Sürücülərin görmə imkanlarının yaxşı olduğu nəqliyyat vasitəsinin seçilməsi
• İşıqların və alarmın təchiz olunması
• Kor nöqtələr üçün güzgülərin təmin olunması
• Əksetdirici jiletlərdən istifadə edilməsi
• Ərazinin təmizliyi, səliqə-səhmanı
• İşarəçinin (banksman) təmin olunması
• Sürücülər və piyadalar üçün təlimlərin təmin olunması
İş yerində nəqliyyatın təhlükəsiz idarəedilməsi üzrə nəzarət tədbirləri 3 qrupda birləşdirilir:
• Təhlükəni aradan qaldırmaq
• Təhlükəsiz iş yeri yaratmaq
• Təhlükəsiz işçi formalaşdırmaq
Hər şeyin əvvəlində təbii ki, həmişə vurğuladığımız riskin qiymətləndirilməsidir. Qiymətləndirmə zamanı aşağıdakılar nəzərə alınmalıdır:
• Təhlükələrin müəyyən olunması
• Riskə məruz qalacaq qrupların, insanların müəyyən olunması
• Mövcud nəzarət tədbirləri ilə riskin dəyərləndirilməsi
• Qeydlərin aparılması və tədbirlərin yerinə yetirilməsi
• Yenidən baxış
Nəzarət tədbirlərini 3 qrupda təyin olunur:
1. Təhlükəsiz iş yeri
• Nəqliyyatdan azad zonanın yaradılması
• Piyadalardan azad zonanın yaradılması
• Nəqliyyat avsitələrinin hərəkət sxeminin tərtib olunması
• Piyadalar ilə nəqliyyatın ayrılması (misal üçün: piyadalr üçün səkilərin tərtib olunması, yolların kənarında baryerlərin düzəldilməsi və sə)
• Nəqliyyat vasitələri və piyadalar üçün iş ərazisi və binalara ayrı xüsusi yolların hazırlanması. Misal üçün, eyni yerə iki yol hazırlanır. Birindən piyadalar, digərindən nəqliyyat vasitələri istifadə edir.
• Yollarda müvafiq yol nəqliyyat işarələrinin yerləşdirilməsi
• Ətraf mühit amilləri
2. Təhlükəsiz nəqliyyat vasitəsi
• Nəqliyyat vasitəsi məqsəd üçün uyğun olmalıdır
• Ətra mühit və şərait üçün uyğun olmalıdır
• Təhlükəsiz şəkildə texnki xidmət olunan olmalıdır
• İstifadədən əvvəl rutin şəkildə yoxlanmalıdır
Lazım olduğu təqdirdə:
• Nəqliyyat vasitəsi sürücü və sərnişinlər üçün oturacaqlar quraşdırılmalıdır
• Təhlükəsizlik kəmərləri olmalıdır
• Siqnalı olmalıdır
• Güzgülər və kameralar quraşdırılmalıdır
• Piyadaları xəbərdar etmək üçün geriyə hərəkət siqnalı olmalıdır
• İşıqları olmalıdır
3. Təhükəsiz sürücü
• Səriştəli olamlıdır
• Tibbi cəhədən uyğun olmalıdır
• Təlimli olmalıdır
• Və nəzarətdə saxlanmalıdır.
Yol nəqliyyat insidentlərinin yaranma risklərinə təsir edən faktorlar:
• Gediləcək məsafə
• Gediləcək marşurut
• Hərəkət müddəti
• İş qrafiki
• Stress
• Hava şəraiti