Nərdivanlardan təhlükəsiz istifadə qaydaları – Ladder safety

31 August 2020
Baxış sayı:

Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!

Nərdivanlar – bir yerdən digər yerə keçidi (çıxmaq və ya düşmək) təmin etmək, üzərində dayanaraq qısa müddətli işləri yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Görəcəyiniz işin müddəti 30 dəqiqədən çoxdursa, nərdivan əvəzinə daha etibarlı avadanlıqdan istifadə etməyiniz tövsiyyə olunur.

Nərdivandan yalnız səriştəli, ondan istifadə qaydalarına dair təlim keçmiş şəxslər istifadə edə bilərlər. Başqa, formada nərdivanlar bu sahə üzrə səriştəli şəxsin nəzarəti altında istifadə oluna bilər.
Nərdivanla bağlı əsas təhlükələr:
• Nərdivandan yıxılmaq (hündürlükdən yıxılmaq)
• Düşən əşya (nərdivan üzərində işləyərkən əlinizdəki alətin düşməsi)
• Yuxarıdan keçən elektrik kabellərinə toxunuş

Nərdivanları istifadə etməzdən öncə yoxlayın. Yoxlamanın məqsədi nərdivanda hər hansı nasazlığın olub-olmadığına əmin olmaq üçündür. İstifadədən əvvəl yoxlanış:
• Onun istifadəçisi tərəfindən həyata keçirilməli
• İş gününün əvvəlində yerinə yetirilməli
• Şərtdən, şəraitdən asılı olaraq aparılmalıdır (misal üçün: yerə düşdükdə, çirkləndikdə)
Nərdivanı istifadə etməzdən öncə:
• Pillələri yoxlayın – əmin olun ki, əyilmə, hər hansı zədə, sürüşmə yaradacaq çirklənmə yoxdur
• Ayaqları yoxlayın – əmin olun ki, hər hansı zədə, qırıq, biri digərinə nisbətən qısa deyil
• Bloklayıcı mexanizmləri yoxlayın (əgər varsa)
Əgər hər hansı nasazlıq aşkar etsəniz, bu barədə aidiyyati şəxslərə məlumat verin.
Nərdivanı yoxladıqdan və onda hər hansı nasazlığın olmadığını aşkar etdikdən sonra, növbəti əsas məsələ nərdivandan təhlükəsiz istifadə etməkdir. Bunun üçün aşağıdakı qaydalara əməl etməyiniz vacibdir:
• Nərdivanı sabit, möhkəm döşəmə, yer üzərində quraşdırın. Əmin olun ki, quraşdırdığınız yer nərdivanın yerə çökməsini, sürüşməsini istisna edir
• Nərdivanı quraşdırdığınız yerdə üzərindən hər hansı kabel xəttlərinin keçmədiyinə əmin olun
• Uzun müddətli şəkildə oradaq alacaqsa, nərdivanı meydançaya, iş platformasına və s-yə etibarlı bərkidin (yuxarı və aşağı hissələrdən)
• Qısa müddətli istifadə zamanı nərdivanı bir nəfər aşağıdan tutmalıdır
• Nərdivanı söykəyəcəyiniz yer ilə (misal üçün divarla) nərdivan arasında ideal bucaq 75 0C-dir. (1:4)
• Nərdivandan eyni anda yalnız bir nəfər çıxıb-düşə bilər
• Nərdivandan çıxıb-düşən zaman əldə heç bir alət-avadanlıq daşımaq olmaz
• Əgər sizə hər hansı alət lazımdırsa, onu alət çantası ilə daşıyın
• Nərdivanla çıxıb-düşən zaman “3 nöqtə təmas prinsipi”nə əməl etmək lazımdır (2 əl 1 ayaq, 1 əl 2 ayaq)
• Nərdivanla çıxıb-düşən zaman üzü nərdivana tərəf çıxıb-düşmək lazımdır
• Nərdivanın ən son 3 pilləsinə çıxmaq olmaz
• Nərdivanı quraşdırdığınız zaman onun yuxarı hissəsinin çıxacağınız yerdən ən azı 1 metr hündürdə olduğuna əmin olun (təhlükəsiz formada meydançaya daxil olmaq üçün)
• Nərdivan üzərində iş görərkən nərdivanın yükgötürmə qabiliyyətini nəzərə alın. Bunun üçün, istehsalçının tövsiyyələri ilə tanış olmağınız məsləhətdir.
• Taxta nərdivanları rəngləməyin. İstəmədən olsa da, nasazlıqları gizlədə bilərsiniz
• Ayaqqabınızın altının təmiz olduğuna əmin olun. Əks təqdirdə sürüşmənizə səbəb ola bilər
• Düşən əşyalardan insanları qorumaq üçün, nərdivanda işləyərkən sizin ətrafınızda kimsənin olmadığına əmin olun
• Heç vaxt nərdivanın boyunu uzatmaq üçün onun ayaqlarını altına kərpic, daş və digər bunun kimi vasitələr yerləşdirməyin. Əgər, nərdivan istədiyiniz hündürlüyə çatmırsa, demək yanlış nərdivandan istifadə edirsiniz
• Həmişə əmin olun ki, nərdivanın üzərində onun təhlükəsiz vəziyyətdə olduğunu göstərən müvafiq yarlıq mövcuddur.

Nərdivanlar xüsusi təyin olunmuş yerlərdə saxlanmalıdır. Hər hansı zərbədən qorunmalıdır. Çox yaxşı nümunə olardı ki, nərdivanların qeydiyyatı və yoxlanışı jurnalı tərtib olunsun. Şirkətin prosedurundan asılı olaraq həfətlik, 15 günlük, 1 aylıq yoxlamalar həyata keçirilməsi məqsədəuyğun olardı.