Səs-küy – Noise
Səs gündəlik həyatımızın bir hissəsidir, lakin həddindən artıq səs eşitmənin daimi zədələnməsinə və itirilməsinə səbəb ola bilər.
İş yerində işəgötürənin səs-küydən sizi müdafiyə etmək üçün məsuliyyəti var.
İşəgötürən aşağıdakıları etmək üçün borcludur:
• Daha az səsli avadanlıqlardan istifadə etməli, prosesdəki səsi azaltmalıdır
• Səsin mənbəyindən azaldılması üçün mühəndislik/texniki tədbirləri görmək
• Səs-küyü azaltmaq üçün səsboğucu, səsuducu materiallardan istifadə etmək
• Səs-küyün səviyyəsini azaltmaq üçün iş metodlarını inkişaf etdirmək
• Səs-küyün çox olduğu ərazilərdə iş müddətini məhdudlaşdırmaq
• Müvafiq FMV ilə təmin etmək
İşçinin bu mövzu üzrə məsuliyyətləri:
• Eşitmə orqanının müdafiə edilməsi üçün işəgötürənlə əməkdaşlıq etmək
• İşçiyə verilən FMV-dən istifadə etmək
• Qulaqların müdafiəsi üçün verilən FMV-ni qorumaq
• Eşitmənin yoxlanması tədbirlərində iştirak etmək
• Bu mövzu ilə bağlı aşkar olunan problemi vaxtında məruzə etmək
FMV: İşəgötürən tərəfindən qulaqların mühafizəsi üçün uyğun qulaqcıq və qulaqlıqlar təmin olunmalıdır. Eyni zamanda, işəgötürən FMV-lərdən düzgün istifadə üçün təlim verməli və onların saxlanması üçün şəraitlə təchiz etməlidir… Unutmayın ki, qulaqcıq (ear muff, ear plug) və qulaqlıqların (headphone) hərəsinin özünün üstün və mənfi cəhətləri var ki, bunlarda həm işəgötürən, həm də işçi ilə birgə müzakirə şəklində iş üçün daha uyğun olan FMV-nin seçilməsi ilə müəyyən mənada həll oluna bilər.
Təhlükəsizlik nişanı: arxa fon göy rəng, göy rəng üzərində ağ rənglə qulaqlıq işarəsi verildiyi təqdirdə, həmin ərazidə qulaqlıqladan sitifadə etməyin məcburi olduğu nümayiş olunur.
Səs-küyə nəzarət tədbirlər:
• Risklərin qiymətləndirilməsi
– Səs-küylə bağlı təhlükələrin müəyyən olunması
– Səsə məruz qalma ehtimalının dəyərləndirilməsi
– Səs-küyü aradan qaldırmaq və riskləri minimuma endirmək üçün nəzarət tədbirlərini müəyyən etmək
– Müvafiq qeydləri yerinə yetirmək
• Səsi mənbəyində azaltmaq (əvəzetmə üsulu, avanalığa texniki xidmət üsulu, prosesin modifikasiyalaşdırlması, səsboğucuların quraşdırılması)
• Səs-küyün gəldiyi yolların kəsilməsi (misal üçün: nasos üzərində xüsusi örtüyün quraşdırılması ilə səsin ətrafa yayılmasının qarşısını almaq, izolyasiya, səsin udulması)
• İşçilərə informasiya və təlimin verilməsi
• Səs-küyün tsirindən qorunmaq üçün xüsusi otaqların, kabinlərin hazırlanması
• İşçilərə uyğun FMV-nin verilməsi
• İşçilərin sağlamlıqla bağlı müşahidələrinin, yoxlanılmasının təmin edilməsi
Səs-küyə məruz qalmanın insandakı təsirləri:
• Yüksək səs-küyə qısa müddət ərzində məruz qalma nəticəsində eşitmədə müvəqqəti azalma
• Yüksək səs-küyə qısa müddət ərzində məruz qalma nəticəsində qulaqlarda müvəqqəti cingilti
• Yüksək səs-küyə davamlı şəkildə məruz qalma nəticəsində eşitmənin həmişəlik itirlməsi (NHL – Noise induced hearing loss)
• Yüksək səs-küyə davamlı şəkildə məruz qalma nəticəsində qulaqlarda daimi cingilti
• Maşın səsi, alarm, sirena, danşıq kimi səsləri eşitməmək
• Stres
• Fikri cəmləməkdə, konsentrasiyada çətinliklər
İnsanlar yüksək səs-küyə məruz qaldıqları zaman eşitmə mexanizmi öz-özünə zədələnir. Eşitmə mexanizmi səsi xarici mühitdən alaraq xarici qulaq və orta qulaq vasitəsilə daxili qulağa ötürür. Daxili qulaqda olan mikroskopik sesnsor tükcüklər bu səsi aşkar edir və beyinə sinir impulsları ötürür. Həddindən artıq yüksək səs-küyə məruz qalmaq qeyd olunan bu mikroskopik tükcükləri narahat edir…
Bir dəfə yüksək səs-küyə məruz qalmaq mikroskopik kiçik tükcükləri titrədəcək, lakin zədələnməyəcək, öz-özünə yenidən əvvəlki vəziyyətinə bərpa olacaq. Lakin, Təkrar səs-küyə məruz qalma sesnor tükcüklərin bərpaolunmaz zədələnməsinə səbəb olacaq ki, bu da eşitmənin itirilməsinə gətirib çıxaracaq.
Eşitmənin qiymətəndirilməsi:
Qiymətləndirməni yerinə yetirmək üçün iş yerində səs-küyün mövcud səviyyəsini və işçinin bu səs-küyə məruz qalma müddəti müəyyən olunmalıdır.
Səs-küyün səviyyəsinin ölçülməsi üçün avadanlıqlar:
• Sadə səs ölçən alət
• İnteqrə olunmuş səs ölçən alət
• Dozimetr
Səs-küyə məruz qalma limiti:
• Gündəlik və həftəlik səs-küyə məruz qalmanın aşağı səviyyəsi – 80 DB (A)
• Gündəlik və həftəlik səs-küyə məruz qalmanın yuxarı səviyyəsi – 85 DB (A)
Yüksək səs-küyə məruz qalma riski böyük olan sahələr:
• Tikinti sahəsi – maşın və avadanlıqların hərəkəti və s
• Hərbi sahə – silah və ağır artilleriya və s
• Əyləncə sektoru – gecə klubları və s
• İstehsal sektoru
• Zəng-mərkəzləri – daimi şəkildə telefon-qulaqcıqlardan sitifadə edilməsi
Aşağıdakı mənbələr üzrə səsin səviyyəsi:
– Normal danışıq zamanı – 50-60 db
– İt hürməsi – 70 db
– Nəqliyyat vasitələrinin hərəkəti – 90 db
– Motosiklet – 95 db
– Musiq-qulaqcıq – 100 db
– Rok konsertləri – 120 db
– Təyyarənin yerindən tərpənməsi – 140 db
– Silahla atəş – 140-162 db