Siqaretin dişlərə təsiri – Affects of smoking to teeth

31 August 2020
Baxış sayı:

Siqaretin təsirindən diş minası tünd ərplə örtülür.

Siqaretin təsirindən diş minası tünd ərplə örtülür. Buna səbəb siqaret tüstüsünün tərkibindəki nikotin, qətran və fenol tərkibli birləşmələrdir. Eyni zamanda, qaynar siqaret tüstüsünün diş mina qatı ilə mütəmadi təması minanın qurumasına və onda mikroçatların əmələ gəlməsinə səbəb olur. Bu cür diş minası kofenin, çayın, meyvələrin tərkibində olan rəngləyici piqmentlərlə çox asan rənglənir. Amma, bu fakt siqaretdən gələ biləcək ziyanın çox az qismidir. Çünki, siqaret dişlərdən çox, diş ətinə ziyan verir. Alimlər müəyyən ediblər ki, diş əti xəstəliyi hallarının yarısı siqaretlə bağlıdır. Tütün “həvəskarları”nın parodontitdən əziyyət çəkmə ehtimalı digərlərindən 3 dəfə çoxdur. Tütün və tərkibindəki qətran parodont toxumalarının oksigenlə təchizatını və maddələr mübadiləsini pozur. Eyni zamanda, ağız suyunun miqdarını və qoruyucu xüsusiyyətlərini azaldır. Nəticə isə diş ərpinin həddindən çox artması olur ki, zamanla onun mineralizasiyası diş daşlarını əmələ gətirir. Bundan başqa, “tütünsevərlər” C vitamininin azlığından da əziyyət çəkir. Çünki, orqanizm C vitamininin böyük hissəsi nikotinin zərərli təsirinin azaldılmasına xərcləyir. C vitamini defisiti isə ağız boşluğu orqanlarının infeksiyalara müqavimətini azaldır… Siqaretdən uzaq olun! Özünüzü, ətrafınızdakı insanları, Dünyanı qoruyun!

Bu yazı stomatoloq Günay Həbibzadə tərəfindən hazırlanıb.