Sürüşmə, ilişmə, yıxılma – Slip, trip, fall
Burada yazılanlar hər hansı bir müəssisənin qayda-qanunlarının formalaşması üçün əsas ola bilməz!
Azərbaycan Respublikasının müvafiq normativ aktlarına, sənədlərinə, nizamnamələrinə, qanunvericiliyinə istinad edilməlidir!
İş yerləri üçün bəzi ümumi xarakterik təhlükə və risklər var ki, onlardan biri də sürüşmə-ilişmə-yıxılmadır. Hansı ki, bunların əksəriyyəti sınıqlarla nəticələnir.
Nəticə: müxtəlif sınıqlar, əzilmələr, kəllə-beyin travmaları, ölüm halları.
Əksər sürüşmələr döşəmənin yaş olması və ilişmələr isə zəif səliqə-səhman səbəbilə yaranır. Məsələnin həlli isə əslində sadədir və xərc baxımından da sərfəlidir. Riskləri düzgün qiymətləndirməklə sürüşmə və ilişmə problemini həll etmək üçün nə etməli olduğunuzu müəyyən etmək olar.
Siz niyə sürüşmə və ilişmə təhlükələrini diqqətdə saxlamalısınız?
İş yerlərində qeydə alınan xəsarət almaların ən əsas ümumi səbəbi sürüşmə və ilişmədir. İctimai yerlərdə (xəstəxanalarda, marketlərdə, restoranlarda vəs ) qeydə alınan xəsarətlərin yarısı da məhz sürüşmə və ilişmənin payına düşür.
Sürüşmə və ilişmənin qarşısını almaq üçün siz nə etməlisiniz?
İlk öncə riskin qiymətləndirilməsini aparmaqla iş yerində sürşümə və ilişmənin səbəblərini aydınlaşdırmaq və daha sonra nəzarət tədbirlərini müəyyən etmək lazımdır.
Nə edə bilərsiniz?
• İlk öncə döşəməlrin yaş olmasının, çirklənməsinin qarşısı alınmalıdır
• İş yerində rutin və xüsusi təmizlik prosedurunu formalaşdırın
• Əgər dağılma qeydə alındısa, dərhal onu təmizləyin (fikirləşməyin ki, kimsə gəlib onu təmizləyəcək)
• Əgər döşəmə təmizləndikdən sonra yaş oldusa, oradan gediş-gəlişi müvəqqəti məhdudlaşdırın, ta ki quruyana kimi. Xüsusilə effektli qurutma metodlarından istifadə edin.
• İlişmə təhlükələrini (misal üçün, naqil, qutu) yaxşı səliqə-səhman prosedurunu tərtib etməklə həll edin.
• İşçilərinizin iş yerinə uyğun ayaqqabı geyindiyinə əmin olun. Və s.
Gəlin nümunələrə baxaq görək, tipik sürüşmə təhükələri hansılardır:
• Sürüşkən döşəmə (mərmər səth, hər hansı dağılma nəticəsində döşəmədə sürüşmənin yaranması)
• Döşəmin neft, yağ kimi maddələrlə çirkləndirilməsi
• Şaxta və buz
Qeyd: Sürüşmə təhlükəsindən danışan zaman istifadə olunan ayaqqabıların altının dizaynı nəzərə alınmalıdır.
Tipik ilişmə təhlükələri:
• Qeyri-bərabər səth
• Döşəmə üzərindəki çala
• Gediş-gəliş yolu üzərindəki kabel, şlanq və s.
• Döşəmə üzərindəki hər hansı obyekt (qutu, çanta, alət vəs )
Qeyd: Unutmayın ki, ilişmə üçün şərt deyil ki, qarşınıza hansısa maneə çıxsın. Bəzən insanlar özləri özlərinin yaqalarına ilişərək yıxılırlar.
Sürüşmə və ilişmənin nəticəsi – YIXILMA. Tipik yıxılmalar əsasən pilləkənlərdə baş verir. Qeyd üçün bildirək ki, Kanadada hər il təxminən 42.000 işçi yıxılma səbəbilə xəsarət alır. Bu rəqəmin 17%-i iş vaxtının itirlməsi ilə nəticələnir. Statistika göstərir ki, yıxılmaların 66%-i sürüşmə və ilişmə nəticəsində baş verir. Yerdə qalan 34% isə hündürlükdən yıxılmaların payına düşür (“Hündürlükdə görülən işlər” təlimatına baxmağınız məsləhətdir)
Sürüşmə, ilişmə, yıxılma təhlükələrindən gələn riskləri minimallaşdırmaq üçün işçilərin maarifləndirilməsi, onlara təlim keçirilməsi, lazım olan yerlərdə müvafiq təhlükəsizlik nişanlarının, posterlərin yerləşdirilməsi məqsədəuyğundur. İlişmə sə sürüşmə təhlükələrini dərhal aradan qaldıra bilmirsinizsə, əraziyə bareyr çəkməklə insanları xəbərdar edə bilərsiniz. Bundan başqa, iş yerinin işıqlandırılması məsələsi nəzərdə saxlanmalıdır. Zəif işıqlanmanın olduğu yerlərdə əlavə projektorlar quraşdırılmalıdır.
Səliqə-səhmanla bağlı problemlərin həlli yolarından biri də iş yerində əraziyə uyğun sayda tullantı skip və qutularının yerləşdirilməsidir.
Ən əsas məsələlərdən biri də, işçilərinizdə “MƏRUZƏ ETMƏK” mədəniyyətini formalaşdırmaqdır. Mütəmadi təlimlər keçməklə, işçilərlə söhbətlər aparmaqla siz təhlükələrin vaxtında məruzə edilməsinin önəmini işçilərinizə çatdıra bilərsiniz.