Təhlükəsizlik mədəniyyəti – Safety culture
Hər bir şirkətin özünün “mədəniyyəti” var, hansı ki, bu elə də asanlıqla ifadə olunan və ya harasa yazılan sənəd deyil. Mədəniyyət rəsmi və qeyri-rəsmi qaydaların, münasibətlərin, dəyərlərin və s-nin qarışığıdır. Mədəniyyəti kimsə tək başına yazmır və ya formalaşdırmır, bu kollektiv şəkildə işin nətcəsidir…. Təhlükəsizlik mədəniyyəti sağlamlıq və təhlükəsizliyə olan münasibətlər, dəyərlər, inamlar və davranışlardır. Təhlükəsizlik mədəniyyəti elə bir şeydir ki, şirkət daxilində hər kəs sağlamlıq və təhlükəsizlik haqqında düşünür və onu hiss edir, və çalışır ki, bu yanaşmanı öz əməllərində göstərsinlər.
Təhlükəsizlik mədəniyyəti iki formada olur: Neqativ və pozitiv mədəniyyət
Neqativ təhlükəsizlik mədəniyyəti – bu cür mədəniyyətin olduğu şirkətlərdə işçilərin əksəriyyəti SƏTƏMM-in vacib olmadığını düşünür, bu işçilər ümumiyyətlə SƏTƏMM barəsində elementar biliklərə malik deyillər, təlimləri yoxdur və özləri də bu cür şeyləri lazımsız olduğunu fikirləşirlər. Həmin şirkətdə menecerlər verdikləri qərarlarda SƏTƏMM-i fikirləşmirlər və biznes məsələləri daha çox diktə edir onların qərarlarında. Bu tip şirkətlərdə çox saylı insidentlər qeydə alınır, işçilər xəsarət alır və ya həyatlarını itirirlər. Bu cür şirkətlərdə SƏTƏMM-ə önəm verən işçilər özlərini təhlükədə hiss edirlər, tez bir zamanda işdən çıxmağı fikirləşirlər.
Pozitiv təhlükəsizlik mədəniyyəti – Bu cür mədəniyyətli şirkətlərdə işçilərin əksəriyyəti sağlamlıq və təhlükəsizliyin vacib olduğunu düşünürlər. Belə şirkətlərdə güclü SƏTƏMM siyasəti və yüksək rəhbərlik tərəfindən birmənalı müsbət liderlik hökm sürür. Müxtəlif səviyyələrdə olan menecerlər öz işlərində SƏTƏMM-i rəhbrəhbər tuturlar, çünki, şirkət rəhbərinin SƏTƏMM-ə müsbət yanaşması var və bu yanaşma dolayısı ilə aşağı rəbərlərə də təsir edir. Qeyd olunan departament rəhbərləri və menecerlərin səlahiyyətində olan sıravi işçilər də öz növbəsində təhlükəsiz işləyirlər, çünki, onların rəhbərləri öz qərarlarında SƏTƏMM-i üstün tuturlar… Belə şirkətlrədə insanlar təhlükəsiz işləyirlər, çünki onlar bunu istəyirlər. Onlar başa düşürlər ki, əks təqdirdə onlar və iş yoldaşalrı xəsarət ala bilər və daha ciddi insidentlər baş verə bilər. Müsbət təhlükəsizlik mədəniyyəti olan şirkətlərdə SƏTƏMM-ə müsbət yanaşması olmayan işçilər təhlükəsziliyə önəm verən işçilərin təsiri altına düşür. Əks təqdirdə şirkətin işiçinin yanaşmasını dəyişmək üçün etdiyi tədbirlər öz bəhrəsini vermir və işçi “qanqrena olmuş hissə” kimi şirkətdən “kəsilib atılır”
Şirkət daxilində sağlamlıq və təhlükəsizlik mədəniyyətinə neqativ – mənfi təsir edən faktorlar:
• Yüksək rəhbərlik tərəfindən liderliyin zəifliyi
• Şirkətdə günahlandırma mədəniyyətinin olması
• Yüksək rəhbərliyin təhlükəsizliyə göstərdiyi zəif öhdəlik (söz ilə əməl üst-üstə düşmür)
• Sağlamlıq və təhlükəsizlik digər biznes maraqlarından daha aşağı prioritet kimi qəbul olunur
• Şirkətdaxili tez-tez baş verən dəyişikliklər
• Resursların azlığı
• İşçilərin zəif konsultasiyası
• Zəif idarəetmə sistemi və prosedurları
• Dxili problemlər
• Xarici təsirlər (misal üçün:iqtisadi vəziyyət)