Rəqəmsallaşma: Əmək müqaviləsi (kağızda) və əmək kitabçası ləğv ediləcək

22 January 2021
Baxış sayı:

Dövlət Məşğulluq Agentliyində rəqəmsallaşma istiqamətində işlər uğurla davam edir.

HR-AZ.com xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin İnsan Resursları departamentinin direktoru Emil Hüseynov öz sosial şəbəkə profilində məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda tətbiqi nəzərdə tutulan Əmək münasibətləri və məşğulluq altsistemi – ƏMAS ölkədaxili bütün işəgötürənlər və işçilər, eləcə də dövlət qurumları üçün vahid əmək münasibətləri platforması olaraq çıxış edəcək, əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində önəmli əhəmiyyət daşıyacaqdır!
Alt sistemin tətbiqi ilə aşağıdakıların mərhələli şəkildə ləğv edilməsi nəzərdə tutulub:
1. Əmək müqavilələrinin kağız forması
2. Əmək kitabçaları
3. Sosial sığorta kartları
4. İşçilərin şəxsi işi anlayışı
5. Kağız üzərində əmrləşmələr
6. Kağız üzərində ezamiyyə vərəqələri
7. Kağız üzərində ştat cədvəlləri
8. Kağız üzərində yazışmalar
9. Fiziki həyata keçirilən yoxlamalar
10. Fiziki cərimə mexanizmi
11. Fiziki həyata keçirilən bütün məşğulluq tədbirləri
12. Digər elektron olmayan xidmətlər.

 

Mənbə: HR-AZ.COM