HSE Specialist / SƏTƏM üzrə mütəxəssis

23 September 2026
Baxış sayı:

  • Vakansiya haqqında məlumat:
    • Yeni işə qəbul olunmuş işçilərə Əməyin mühafizəsi üzrə giriş təlimatı keçmək;
    • İlkin və dövrü (rübdə bir) yanğın təhlükəsizliyi təlimatlarını keçmək;
    • İşçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək;
    • Qəzaların və qəza vəziyyətlərinin aradan qaldırılması planlarının işlənməsi və həyata keçirilməsinə nəzarət etmək;
    • Əməyin mühafizəsi üzrə kurslar və təlimlər təşkil etmək;
    • Sahələrdə çalışan rəhbərlər və mühəndis-texniki işçilərə əməyin mühafizəsi sahəsində müxtəlif təlimlər keçmək;
    • Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə nəzarət etmək;
    • Səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına nəzarət etmək;
    • Fəhlələrin və mühəndis texniki işçilərin əməyin mühafizəsi sahəsində təkrar bilik yoxlamasından keçirilməsinin  təşkil etmək;
    • Üçüncü tərəf təşkilatlar ilə (FHN, Dövlət Əmək Müfəttişliyi, Həmkarlar İttifaqı və s.) qarşılıqlı əlaqələr qurmaq;
    • İstesalatda baş vermiş bədbəxt hadisələrin və insidentlərin tədqiqatında  iştirak etmək və bədbəxt hadisələrin uçotunu aparmaq;
    • İşə qəbul zamanı xüsusi peşə sahiblərinin vəsiqələrinin olmasına və onların dövrü bilik yoxlamasından keçirilməsinə nəzarət etmək;

    Tələblər:

    •  Ali təhsil;
    • Müvafiq iş üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
    •  Azərbaycan dilində səlis danışıq və yazı
    • Müvafiq sertifikata malik
    •  Fəaliyyətinə aid olan normativ və metodiki materialları;
    • Çeviklik və uyğunlaşma bacarığı;
    • Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı

    İş şəraitinin şərtləri

    • İş yeri: Bərdə rayonu Mollagüllər k və Cəyirli k

 

Müraciət etmək üçün: hr@apc.az
Maraqlanan namizədlərdən CV-ni “SƏTƏM  üzrə mütəxəssis” mövzusu ilə hr@apc.azz elektron poçt ünvanlarına göndərməkləri xahiş olunur.

Mənbə: jobsearch.az

 

Qeyd: bu vakansiya iş axtaranlara kömək məqsədilə paylaşılır.