SƏTƏM üzrə menecer
Vəzifənin ümumi təsviri:
- Əməliyyat Şirkətlərinin SƏTƏM üzrə nümayəndələri ilə əməkdaşlıq vasitəsilə şirkətin fəaliyyətləri, mövcud layihələrlə bağlı SƏTƏM üzrə bütün məsələləri idarə etmək və əlaqələndirmək
Əsas cavabdehlik sahəsi:
- İdarəetmə üzrə müvafiq qayda-qanunlara uyğunluğun nəzərdən keçirilməsində, ümumi risklərin qiymətləndirilməsində və beynəlxalq standartlar üzrə məsləhətləşmələrdə, o cümlədən SƏTƏM məsələləri üzrə məsləhətlərdə kömək etmək;
- SƏTƏM üzrə statistikanın, Əməliyyat Şirkətlərinin hesabatlarının nəzərdən keçirilməsi;
- İnsidentlərin araşdırılmasında və ilkin səbəblərin təhlilində iştirak etmək;
- İşçilərin və ziyarətçilərin mənafeyi naminə insidentlərin qarşısının alınması uğrunda çalışmaq;
- Keyfiyyət və SƏTƏM üzrə giriş-tanışlıq təlimlərini təmin etmək və maraqlı tərəflərlə SƏTƏM üzrə görüşlər keçirmək;
- Baş ofis və Əməliyyat Şirkətləri arasında SƏTƏM üzrə məsələləri əlaqələndirmək, maraqlı tərəflərin SƏTƏM üzrə nümayəndələri ilə əməkdaşlıq etmək;
- SƏTƏM üzrə tələb olunan sənədləri hazırlamaq, həyata keçirmək və təkmilləşdirmək, SƏTƏM ilə bağlı bütün sənədlərin nəzərdən keçirilməsini və verilməsini idarə etmək;
- SƏTƏM üzrə monitorinq üçün sahəyə səfərləri planlaşdırmaq və həyata keçirmək və sahəyə səfərlərə dair hesabatlar hazırlamaq;
- Qrupun illik fəaliyyət planını və komanda daxilində həvalə edilmiş və yerinə yetirilmiş bütün fəaliyyətlərin izlənməsi jurnalını hazırlamaq;
- İşçi tələbi, məsləhətçi dəstəyi və s. daxil olmaqla, büdcənin tərtib edilməsi vasitəsilə qrupun ehtiyaclarının ödənilməsi üçün müxtəlif sorğulara başlamaq;
- Qrup əsasnaməsinin və müvafiq qrup prosedurlarını hazırlamaq, yeniləmək.
Tələb olunan təhsil səviyyəsi:
- SƏTƏM, biznesin idarə edilməsi və ya mühəndislik sahəsi üzrə bakalavr dərəcəsi
- Magistr dərəcəsinə üstünlük verilir;
- QMS ISO 9001 auditor sertifikatları, NEBOSH, IOSH sertifikatlarına üstünlük verilir
Tələb olunan iş təcrübəsi və iş tələbləri:
- SƏTƏMM sahəsində minimum 7 il iş təcrübəsi, rəhbər vəzifələrdə əvvəlki iş təcrübəsinə üstünlük verir
- Neft-qaz sənayesində sahəsi üzrə ən azı 4 illik iş təcrübəsi;
- Risklərin İdarə olunması bilikləri;
- Ətraf mühit standartları və SƏTƏM-lə bağlı daxili qanunvericilik bilikləri;
- Beynəlxalq standartlar (ISO; API) bilikləri;
- Son tarixləri qarşılamaq və prioritetləri idarə etmək bacarığı ilə yaxşı ünsiyyət və təsir etmə bacarıqları.
- İngilis, azərbaycan, rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları.
recruitment@socarupstream.az
Mənbə: jobsearch.az