SƏTƏM üzrə mütəxəssis
İşəgötürən: Camal LTD
Vakansiya: Sətəm üzrə mütəxəssis
Son tarix: 25 aprel 2023
Vəzifə öhdəlikləri:
-İşçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin təlimatlandırmanın keçiriməsi;
-İstehsalat sahələrində sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi üzə işlərin planlaşdırılmasında və icra edilməsində iştirak etmək;
-Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi üzrə giriş təlimatın keçirilməsini təşkil və icra edilməsində iştirak etmək;
-Şirkətə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasında və cavablandırılmasında iştirak etmək;
-İş şəraiti nəzərə alınmaqla qiymətləndirilmiş risklərin səviyyəsinin azalmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nəzarətin aparılmasında iştirak etmək;
-Sağlamlıq, əmək şəraiti və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi sahələrində,həmçinin podratçı/subpodratçı təşkilatlardan məlumatların toplanması,işlənməsi və aidiyyatı üzrə ötürülməsi işlərinin həyata keçirməsində iştirak etmək;
-Sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi,o cümlədən iş şəraitinin yaxşılaşdırılmasına yönələn müvafiq kompleks planların hazırlanmasında iştirak etmək;
-Gündəlik, aylıq, illik hesabatların tərtib etmək şöbə müdir müavininə, şöbə müdirinə təqdim etmək;
-İşçilərin vaxtlı-vaxtında dövri tibbi müayinədən keçmələrini təmin edilməsində iştirak etmək və dövri (əmək fəaliyyəti müddətində) tibbi müayinədən keçən işçilərin peşə və vəzifələrinin siyahısının müvafiq qaydada hazırlanmasına dəstək olmaq;
-İstehsalatda baş vermiş bədbəxt hadisələrin qanunvericliyin tələblərinə uyğun olaraq aparılmış təhqiqatı nəticəsinə uyğun olaraq müvafiq göstərişlərin yerinə yetirilməsinə iştirak etmək:
Tələblər:
-Ali təhsil
-Sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
-Azərbaycan Respublikasının qanunlarını, daxili əmək intizamı qaydalarını və əməyin təşkilinin əsaslarını bilməli;
-MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;
-Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı, İngilis və Rus dili arzu olunandır;
-Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.
Əlavə məlumat:
-Əmək haqqı; 1000+ AZN;
-AR qanunvericiliyinə əsasən sənədləşmə;
-Nahar şirkət tərəfindən təmin olunur;
-İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:
Maraqlanan namizədlərdən mövzu sətrində “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə CV-ni elbrus.rasulzade@iceland.az mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 21D, döngə 9 “Camal” LTD şirkəti
Mənbə: avand.marja