SƏTƏM üzrə mütəxəssis
- Şəhər: Bakı
- Yaş:
- Cins: kişi / qadın
- Təhsil: Ali
- İş təcrübəsi: 1 ildən az
- Elanın bitmə tarixi: 2 İyun 2023
- Əlaqə: career@milla.az
İş barədə məlumatlar
– İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin aşkar etməlidir.
– Yeni işə qəbul olunanlarla,podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək. – Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir.
– Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək.
– İşçilərə təhlükəszilik qaydalarının əhəmiyyətini bildirmək və əməl olunmasına nəzarət etmək.
– Müəssisənin daxili dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aylıq təşkili, icra edilməsi və hesabatlarını hazırlamaq.
– Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək
– Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmə
– Müəssisənin bölmələrinin əməyin mühafizəsi üzrə təlimatlarla, qaydalarla, normalarla, plakatlarla və digər əyani vəsaitlərlə təmin olunmasını təşkil etmək.
– Yanğın təhlükəsizliyinə aid sənədlərin, jurnalların aparılması, yanğın təhlükəsizliyinə dair təlimatların və əmrlərin hazırlanmaq.
– Obyektin ilkin yanğınsöndürmə vasitələri ilə dəstləşdirilməsinə və sazlığına nəzarətin, həmçinin onlara texniki qulluğunun təşkili işlərinin həyata keçirmək
– Avtomatik yanğın siqnalizasiya, söndürmə, xəbərdaretmə, tüstü xaricetmə və digər yanğından müdafiə sistemlərinin işlək vəziyyətdə olmasına nəzarətin həyata keçirilmək.
Namizədə tələblər:
– Sətəm-ə aid yerli qanunvericiliyin tələblərini bilməli;
– Əməyin təhlükəsizliyi və Ətraf Mühitin qorunmasının təmin olunması ilə bağlı lazımi biliklərə malik olmaq;
– MC Office proqramlarında sərbəst istifadə bacarığı
– Orta danışıq səviyyəsindəİngilis dili və Rus dili biliyinin olması arzuolunandır
– Təlim və öyrətmə qabiliyyəti;
– 5 günlük iş həftəsi, həftəlik 40 saat
– Könüllü tibbi sığorta, servis və nahar şirkət tərəfindən təmin edilir.
– Əmək haqqı müsahibə əsasında təyin olunacaq
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərsiniz.