Yanvar ayı üzrə SƏTƏM imtahan nəticələri açıqlandı

04 February 2021
Baxış sayı:

 

“HSE.AZ” MMC olaraq 31 Yanvar 2021 tarixində ilk dəfə təşkil etdiyimiz “Əməyin mühafizəsi üzrə aylıq imtahan”nın nəticələri açıqlandı.

Onlayn video konfrans formatında təşkil olunan imtahanda ümumilikdə 6 namizəd iştirak etdi.

İmtahan sualları aşağıdakı kimi idi:
1. İş yerində sağlamlıq və təhlükəsizliyin nəzarət altında olduğuna necə əmin ola bilərsiniz? Necə sübut edə bilərsiniz?

2. Təhlükəsizlik mədəniyyəti nədir? Nümunələrlə geniş izah edin.

3. Bir supervayzer kimi siz hündürlükdı yerinə yetiriləcək bir işə məsuliyyət daşıyırsınız. İşçilərinizi hündürlüklə bağlı risklərdən qorumaq üçün işdən öncə hansı təhlükəsizlik tədbirləri yerinə yetirərdiniz?

4. Asbestos nədir? Hansı zərərləri var? İşçilərinizi asbestis təhlükəsindən necə qoruyardınız?

5. Aşağı Partlayış Həddi (LEL) və Yuxarı Partlayış Həddi (UEL) nədir? Tərifləri yazdıqdan sonra, əyani şəkildə sxemi çəkərək nümunə üzərindən izah edin.

6. “Risklərə nəzarət iyerarxiyası” nədir? İyerarxiyaya daxil olan nəzarət tədbirlərini sıralayın. Nəzarət iyerarxiyasındakı tədbirlərin ardıcıllığı nəyə əsasən təyin edilir?

7.Fövqəladə hallar planı nədir? Funksiyasını izah edin. Fövqəladə hallar planında hansı mövzular yer almalıdır?

8. Məhdud sahə (qapalı sahə) nədir? Qapalı (məhdud) sahə ilə bağlı spesifik təhlükələr hansılardır? Gil qarışdırıcı avadanlığın olduğu çəndə təmizlik işləri planlaşdırılır. Məhdud sahəyə daxil olmazdan öncə hansı təhlükəsizlik tədbirləri görülə bilər? Ətraflı izah edin.

9.İş yerində təhlükəsizlik nişanlarının funksiyası nədir? Hansı növ təhlükəsizlik nişanları var, sadalayın və onları fərqləndirən xüsusiyyətləri qeyd edin. Təhlükəsizlik nişanları əsasən harada yerləşdirilməlidir?

10. İş yerində baş verən qəzalar niyə araşdırılmalıdır? İş yerinizdə qəza baş verib. Siz qəzaya şahid olan işçi ilə intervyu aparacaqsınız. İntervyudan əvvəl, intervyu ərzində, intervyudan sonra yerinə yetirəcəyiniz addımları, işləri (intervyu prosesini) izah edin.

Sualların hər biri 10 bal dəyərində idi. İçtirakçıların topladıqları bal yazdıqları cavablara görə müxtəlif bal ilə dəyərləndirildi.

Yekun imtahan nəticələrinə görə sıralama aşağıdakı kimidir:

1. Abdulla Həzili – 69
2. Elşad Əliyev – 61
3. Xəyyam Əmirov – 59
4. Hanife Mirik – 52
5. Teymur Hüseynov – 41
6. Rüstəm Qeybalıyev – 39

Aylıq imtahanda ilk yeri tutmuş Abdulla Həzili 06 Fevral 2021 tarixində təşkil edəcəyimiz Amerika Ürək Assosiasiyası’nın “Təməl Həyata Dəstək” ilk yardım kursuna endirimli iştirak haqqı qazandı. Kursun qiyməti 100/80 azn. Endirimli qiymət: 50 azn

Qeyd etmək istəyirik ki, bu imtahanın əsas məqsədi SƏTƏM işçilərinin öz zəif və güclü tərəflərini müəyyən etmələrinə və beləliklə inkişaf etmələrinə dəstək olmaqdır.

Bütün SƏTƏM işçilərinə uğurlar arzu edirik!

Növbəti imtahan tarixi: 28 Fevral 2021, saat: 20.00.

Qeydiyyat üçün: info@hse.az

Qeydiyyat haqqı: 5 azn