CIEH SƏTƏM kursu / səviyyə – 1

Baxış sayı:

CİEH (Chartered İnstitute of Environmental Health) SƏTƏM üzrə səviyyə-1 kursu artıq e-learning formatda HSE.AZ-da.

 

Kurs kimlər üçündür?

CİEH SƏTƏM üzrə səviyyə-1 kursu peşə sağlamlığı və təhlükəsizliyi haqda bilməsinə ehtiyyac olan istənilən vəzifədə çalışan istənilən şəxslər üçündür. Bundan başqa, SƏTƏM sahəsinə yeni başlayan şəxslər üçün nəzərdə tutulub.

 

Kursun müddəti

Kurs 90 slayddan ibarətdir. Biz materialı yaxşı qavramağınız üçün 3 saatlıq tədrisi tövsiyyə edirik.

 

Kursun modulları

1.Sağlamlıq və təhlükəsizliyə giriş

2.İş yerinin təhlükələri

3.İş yerinin şəraitləri

4.İş yerinin prosedurları

 

Qiymətləndirmə / imtahan

Kursun sonunda 10 ədəd test əsaslı sullardan ibarət qiymətləndirmə olacaq. 7 doğru cavab verən tələbəyə CİEH SƏTƏM səviyyə-1 kurs sertifikatı təqdim olunacaq.

 

E-learning nədir?

E-learning onlayn sistemdir. Hansı ki, burada təlim şirkəti tərəfindən müxtəlif kurslar yerləşdirilir. Sizə qeydiyyat olunduğunuz kursa daxil olmaq üçün login/parol göndərilir. E-mailinizə gələn login/paroldan istifadə edərək e-learning sistemdə şəxsi kabinetinizə daxil olursunuz və qeydiyyat olunduğunuz kurs üzrə tədris alırsınız.

Siz istədiyiniz vaxt kursdan çıxıb-daxil ola bilərsiniz. İnternet bağlantısının olduğu istənilən yerdə istənilən cihazla (komputer, laptop, planşet, smartfon) kursu daxil ola bilərsiniz.

Sizin şəxsi kabinetiniz 24/7 əlçatandır.

 

E-learning kursun üstünlükləri?

  • Bu formatda kurs sinif otağı kurslara nisbətən daha ucuzdur (məs: səviyyə-1 kursu sinif otağı olaraq 110 azn, e-learning olaraq isə 70 azn təşkil edir)
  • Özünüzün işlərinizə uyğun olaraq təhsilinizi davam etdirə bilirsiniz.
  • Kurs məkanına gəlmək üçün saatlarla yol gəlmək və ya yolda tıxacda qalmaq kimi probleminiz olmur.
  • Evdə, işdə, ictimai yerlərdə – istədiyiniz hər yerdə kursa daxil ola bilərsiniz.
  • Daha az enerji sərf edirsiniz və daha az karbon ayaq izinə (carbon footprint) sahib olursunuz ki, bununla da ətraf mühitin mühafizəsinə fərdi tövhənizi verirsiniz.
  • Kurs zamanı hər hansı sualınız olarsa təlimçiyə mesaj yazmaq imkanınız olur.

 

CIEH SƏTƏM səviyyə-1 kursunun e-learning formatına dair bir neçə görüntünü sizə təqdim edirik

   

   

 

 

Kursu uğurla yekunlaşdıran tələbələrə təqdim olunacaq:

  • PDF ağ-qara sertifikat (2 gün ərzində sizə təqdim olunur)

 

 

Kursun qiyməti: 70 azn

 

Kursa yazılmaq üçün yan butona klikləyərək qeydiyyatdan keçə bilərsiniz.