CIEH SƏTƏM üzrə səviyyə-3 kursu (e-learning)

Baxış sayı:

CIEH (Chartered İnstitute of Environmental Health) SƏTƏM üzrə səviyyə-3 kursu artıq e-learning onlayn formatda HSE.AZ-da.

 

Kurs kimlər üçündür?

CİEH SƏTƏM üzrə səviyyə-3 kursu iş yerlərində peşə sağlamlığı və təhlükəsizliyinə məsuliyyət daşıyan supervayzerlər, rəhbər şəxslər, SƏTƏM mütəxəssisləri, SƏTƏM sahəsində biliyini inkişaf etdirmək istəyən digər şəxslər üçün nəzərdə tutulub.

 

Kursun müddəti

Kurs 207 slayddan ibarətdir. Biz materialı yaxşı qavramağınız üçün 9 saatlıq tədrisi tövsiyyə edirik. Yəni, siz kursu 9 saat ərzində fasilələrlə keçməyiniz materialı yaxşı qavramağınıza səbəb olacaq.

 

Kursun modulları

1. Sağlamlıq və təhlükəsizliyin idarə edilməsi

2. Planlaşdırma

3. Risk profili

4. İşlə əlaqədar xəsarətlər

5. İşlə əlaqədar xəstəliklər

6. Təşkil etmək və tətbiq etmək

7. Performansın yoxlanılması

8. Performansın nəzərdən keçirilməsi

Kursun modullarında siz SƏTƏM idarəetmə sisteminin tərkib elementlərindən başlamaqla, idarəetmə sisteminin sütünlükləri, təhlükə, risk, riskin qiymətləndirilməsi, qəzaların araşdırılması, monitorinq növləri, müxtəlif təhlükə və nəzarət tədbirləri və s haqda məlumat əldə edəcəksiniz.

Qiymətləndirmə / imtahan

Kursun sonunda 40 ədəd test əsaslı sullardan ibarət qiymətləndirmə olacaq. 28 doğru cavab verən tələbəyə CİEH SƏTƏM səviyyə-3 (intermediate) kurs sertifikatı təqdim olunacaq.

 

E-learning nədir?

E-learning onlayn sistemdir. Hansı ki, burada təlim şirkəti tərəfindən müxtəlif kurslar yerləşdirilir. Sizə qeydiyyat olunduğunuz kursa daxil olmaq üçün login/parol göndərilir. E-mailinizə gələn login/paroldan istifadə edərək e-learning sistemdə şəxsi kabinetinizə daxil olursunuz və qeydiyyat olunduğunuz kurs üzrə tədris alırsınız.

Siz istədiyiniz vaxt kursdan çıxıb-daxil ola bilərsiniz. İnternet bağlantısının olduğu istənilən yerdə istənilən cihazla (komputer, laptop, planşet, smartfon) kursu daxil ola bilərsiniz.

Sizin şəxsi kabinetiniz 24/7 əlçatandır.

 

E-learning kursun üstünlükləri?

  • Bu formatda kurs sinif otağı kurslara nisbətən daha ucuzdur (məs: səviyyə-3 kursu sinif otağı olaraq 450 azn, e-learning olaraq isə 250 azn təşkil edir)
  • Özünüzün işlərinizə uyğun olaraq təhsilinizi davam etdirə bilirsiniz.
  • Kurs məkanına gəlmək üçün saatlarla yol gəlmək və ya yolda tıxacda qalmaq kimi probleminiz olmur.
  • Evdə, işdə, ictimai yerlərdə – istədiyiniz hər yerdə kursa daxil ola bilərsiniz.
  • Daha az enerji sərf edirsiniz və daha az karbon ayaq izinə (carbon footprint) sahib olursunuz ki, bununla da ətraf mühitin mühafizəsinə fərdi tövhənizi verirsiniz.
  • Kurs zamanı hər hansı sualınız olarsa təlimçiyə mesaj yazmaq imkanınız olur.

 

CIEH SƏTƏM səviyyə-3 kursunun e-learning formatına dair bir neçə görüntünü sizə təqdim edirik

 

Kursu uğurla yekunlaşdıran tələbələrə təqdim olunacaq:

  • PDF ağ-qara CİEH sertifikatı
  • Sertifikat imtahandan 2 gün sonra təqdim olunur

Kursun qiyməti: 150 azn

Kursa yazılmaq üçün yan butona klikləyərək qeydiyyatdan keçə bilərsiniz.