NEBOSH Award “İş yerində Sağlamlıq və Təhlükəsizlik”

Baxış sayı:

NEBOSH Award “İş yerində Sağlamlıq və Təhlükəsizlik” bütün sənaye sektorlarına aid olan iş yerləri üçün sağlamlıq, təhlükəsizlik və risklə bağlı ən yaxşı təcrübə təmin edir.

Kursun məzmunu başa düşülən və əlçatan şəkildə təqdim olunur və sizə aşağıdakıları etməyə kömək edəcək:

– təşkilatınızın sağlamlıq və təhlükəsizlik idarəetmə sistemini tətbiq etməyə və ya qoruyub saxlamağa kömək edə bilmək üçün ümumi iş yeri təhlükələri haqqında məlumat əldə etməyə

– özünüzü və başqalarını təhlükəsiz saxlamağa kömək edə biləcək praktiki bacarıqlar əldə etməyə

– risk qiymətləndirilməsinin prinsiplərini tətbiq etməyə

– iş yerinizdə sağlamlıq və təhlükəsizliyə müsbət təsir göstərməyə

 

Kurs kimlər üçündür?

İşinin bir hissəsi kimi sağlamlıq və təhlükəsizlik prinsiplərini başa düşməyə ehtiyacı olan hər kəs bu kursdan faydalanacaq, o cümlədən:

– Komanda rəhbərləri və supervayzerlər

– SƏTƏM nümayəndələri

– İnsan Resursları üzrə mütəxəssisləri,

– Obyekt menecerləri.

Bu kurs sizə gələcəkdə daha üst səviyyə NEBOSH kvalifikasiyalara yiyələnmək üçün köməklik edəcək.

 

İşəgötürənlər üçün üstünlüklər

“NEBOSH İş yerində Sağlamlığ və Təhlükəsizlik” (AWARD) sizə kömək edə bilər:

– Insident və xəsarət nisbətlərini və bununla əlaqədar itirilmiş vaxt və işdən qalmaları azaldılmasına

– İşçilər arasında sağlamlıq və təhlükəsizlik haqqında məlumatlılığın artırılmasına

– İşçilərin işə cəlb olunmasını inkişaf etdirmək və təhlükəsizlik mədəniyyətini artırmağa

– Təşkilati təhlükəsizlik tədbirlərinə daha yüksək səviyyədə riayət olunmasını təmin etməyə

– Biznesi Sağlamlıq və təhlükəsizliklə bağlı problemlərin səbəb olduğu reputasiya riskindən qorumağa

 

İşçilər üçün üstünlüklər

Bu sizə imkan verəcək:

– effektiv proseslərin mövcud olmasını təmin edərək, sağlamlıq və təhlükəsizliyin niyə idarə edilməli olduğunu başa düşmək

– iş yerini yoxlamaq, ümumi təhlükələri tanımaq, riski qiymətləndirmək, nəzarət tədbirlərini tövsiyə etmək və tədbirləri təyin etmək

– hadisələrin niyə baş verdiyini və onların necə araşdırılacağını anlamaq.

______________________________

Kursun məzmunu:

– Sağlamlıq və təhlükəsizliyi niyə və necə idarə edilməli

– İş yerinin ümumi təhlükələri ilə mübarizə aparmaq

– İnsidentləri və xəstəlikləri baş verməmişdən əvvəl dayandırmaq

– Hadisələrdən dərs almaq

 

Kursun öyrənmə nəticələri

Bu kursu bitirdikdən sonra tələbə aşağıdakıları biləcək:

– Effektiv proseslərin mövcud olmasını təmin edərək, sağlamlıq və təhlükəsizliyin niyə idarə edilməli olduğunu anlamaq

– İş yerini yoxlamaq, bir sıra ümumi təhlükələri tanımaq, riskləri qiymətləndirmək (cari nəzarəti tədbirlərini nəzərə alaraq), əlavə nəzarət tədbirlərini tövsiyə etmək və 3 tədbir təyin etmək.

– Hadisələrin niyə baş verdiyini və onları necə araşdırmaq lazım olduğunu anlamaq.

_______________________________

Tədris metodu

NEBOSH Gümüş Öyrənmə Partnyoru olaraq biz şirkətdaxili seçimlər də daxil olmaqla müxtəlif çevik kurs formatları təklif edirik. Beləliklə, təlimlər biznes ehtiyaclarınıza uyğun olaraq təşkil edilə bilər.

Hazırda biz bu kursu təklif edirik:

– Sinif otağı / üz-üzə

– Canlı onlayn (Zoom vasitəsilə)

– Şirkət daxili (korporativ müştərilər üçün)

– E-learning / onlayn formatda (tezliklə)

_________________________________

Kursun müddəti

  • Bu kvalifikasiyada minimum 18 saatlıq tədrisi əhatə edir
  • Qiymətləndirmə müddəti: təxminən 3 saat

_________________________________

Qiymətləndirmə

Kursu bitirdikdən sonra sizdən iş yerində sağlamlıq və təhlükəsizlik ilə bağlı aşağıdakılar üzrə ümumi nəzərdən keçirməni təmin etmək tələb olunacaq:

-Sağlamlıq və təhlükəsizliyin necə idarə olunduğunu və bunun necə daha yaxşı edilə biləcəyini nəzərdən keçirmək

– Sağlamlıq və təhlükəsizlik məsələlərini, onlara necə nəzarət edildiyini və riskin azaldılmasının mümkün olub olmadığını müəyyən etmək

– Təkmilləşdirmə üçün ən vacib məsələləri müəyyən etmək

 

Qiymətləndirmə metodu

Bu qiymətləndirmə öyrəndiklərinizi praktikada tətbiq etmək bacarığınızı yoxlamaq üçün nəzərdə tutulmuşdur və iş yerində həyata keçirildiyi üçün təşkilatınıza dəyər əlavə edə bilər.

Qiymətləndirmə öz iş yerinizdə aparılmalıdır. Əgər, iş yeriniz yoxdursa, NEBOSH Gümüş Öyrənmə Partnyoru olaraq biz sizə uyğun bir yerdə qiymətləndirmə aparmağınız üçün kömək edəcəyik.

 

Praktiki qiymətləndirmənin mərhələləri aşağıdakılardır:

  1. Məlumat
  2. İdarəetmə və proseslər
  3. Problemlər və tədbirlər

Hər 3 bölməni düzgün doldurmaq üçün sizdən nə tələb olunduğunu aydın şəkildə izah edəcəyik və məsləhətləşəcəyik.

 

Qiymətləndirmə tarixi

Qiymətləndirməniz kursu bitirdikdən sonra yerinə yetirilməlidir. HSE.AZ MMC sizə imtahanı verməli olduğunuz tarix barəsində məlumatlandıracaq. Qiymətləndirmənizi tələb olunan tarixə qədər Öyrənmə Partnyorunuza təqdim etməsəniz, “iştirak etməyib” kimi qeyd olunacaqsınız.

İmtahanı müvəffəqiyyətlə keçdiyiniz təqdirdə, 20 iş günü ərzində kvalifikasiya üzrə imtahan nəticəniz sizə göndəriləcəkdir.

 

Qiymətləndirmənin yenidən təqdim edilməsi

“Refer” nəticəsini alsanız, qiymətləndirmənizi yenidən təqdim edə bilərsiniz. Yenidən təqdim etmə sayı ilə bağlı hər hansı məhdudiyyət yoxdur. lakin siz hər dəfə qeydiyyatdan keçməli və müvafiq qeydiyyat rüsumunu ödəməlisiniz.

 

  • Qiymətləndirmə növü: Praktiki qiymətləndirmə
  • Qiymətləndirmə müddəti: 3 saat (təxminən)
  • Keçid balı: 75%

 

Kursdan əvvəl biz praktiki sənədlərin surəti ilə birlikdə qiymətləndirmənin necə aparılacağını və imtahandan keçid nəticəsini əldə etmək üçün nə etməli olduğunuzu aydın şəkildə izah edəcəyik.

_______________________________________
Kurs üzrə tələb

Xüsusi tələb yoxdur. Lakin, kurs materialını daha yaxşı qavramq üçün müvafiq İngilis dili bilik səviyyəsi lazımdır. Kursdan öncə sizinlə onlayn görüş təyinə edə və İngilis dili bilik səviyyənizin kursa uyğunluğunu yoxlaya bilərik.

_______________________________________

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

Siz tapa bilərsiniz:

– Syllabus / kurs bələdçisi

– Kurs haqqında qısa məlumat broşuru

– Qiymətləndirmə üzrə məlumat faylı

– NEBOSH Siyasət və razılaşma faylı

– Kvalifikasiya üzrə inkişaf vərəqi

https://www.nebosh.org.uk/qualifications/health-and-safety-at-work-award/#details

https://www.nebosh.org.uk/policies-and-procedures/

_________________________________

Kursun qiyməti

NEBOSH İş yerində Sağlamlıq və Əməyin Təhlükəsizliyi (AWARD) kvalifikasiyası aşağıdakı ödənişləri ehtiva edir:

– Kursun haqqı: 250 AZN

– Qiymətləndirmə üçün qeydiyyat haqqı: 150 AZN

– Ümumi: 400 AZN

_______________________________

Ümumi ödəniş əhatə edir:

– 3 günlük kurs

– NEBOSH kurs kitabı

– Nahar və qəhvə/çay fasilələri

– imtahan qeydiyyat

– Sertifikat (tələbə imtahandan keçərsə)

Qeyd: Əgər yerləşdiyiniz yerə sertifikat göndərilməsini tələb edirsinizsə, kuryer xidməti üçün əlavə ödəniş tələb oluna bilər.

_____________________________________

HSE.AZ MMC NEBOSH Qızıl Öyrənmə Partnyorudur və istədiyiniz ixtisasa nail olmaq üçün sizə hər şeyi təmin edir.

Nə təklif edirik?

– Çoxsaylı NEBOSH kvalifikasiyaları

– Sinif otağı kurslar, Canlı onlayn, şirkətdaxili formatda öyrənmə metodları

– 6 aya kimi faizsiz hissəli ödəmə imkanı

– NEBOSH tərəfindən təsdiq edilmiş təcrübəli tutorlar tərəfindən tədris

– Ehtiyaclarınızı müəyyən etmək üçün təyin olunmuş müştəri məsləhətçisi ilə kursdan əvvəl məsləhətləşmələr (üz-üzə, video konfrans, whatsapp, mobil telefon zəngi, e-poçt vasitəsilə)

– Orijinal NEBOSH kurs kitabı

– Əgər qiymətləndirməni yerinə yetirmək üçün iş yeriniz yoxdursa, bu mənada sizə yardım

– Qəhvə/çay və nahar

_____________________________

Ödənişsiz konsultasiya və qeydiyyat üçün bizimlə əlaqə saxlayın

– Veb sayt: www.hse.az

– E-mail: info@hse.az

– Mobil/whatsapp: +994512067288

Kursa yazılmaq üçün yan butona klikləyərək qeydiyyatdan keçə bilərsiniz.