NEBOSH Beynəlxalq Ümumi Sertifikat – IGC

90,000-ə yaxın insanın nail olduğu peşə sağlamlığı və təhlükəsizliyi sahəsində NEBOSH Beynəlxalq Ümumi Sertifikatı üzrə təhsil almaq üçün bəlkə də heç vaxt indiki kimi daha yaxşı vaxt olmayıb.

Minlərlə aparıcı ekspert və təşkilatlar dünyada ən çox üstünlük verilən sağlamlıq və təhlükəsizlik kvalifikasiyasını yeniləməkdə bizə kömək etdilər. Nəticədə, NEBOSH İGC, müasir işəgötürənin ehtiyaclarını əks etdirən və tələbələrə iş yerlərini daha təhlükəsiz etmək üçün bilməli və etməli olduqları hər şeyi verən bir kvalifikasiyaya çevrilmişdir.

İstənilən iş yerinə uyğun olan NEBOSH Beynəlxalq Ümumi Sertifikatı menecerlər, supervayzerlər və sağlamlıq və təhlükəsizlik üzrə məsuliyyəti daşıyan hər kəs üçün ideal bir kvalifikasiyadır. O, həmçinin sağlamlıq və təhlükəsizlik karyerasına başlayanlar üçün mükəmməl bir startdır.

Maersk, Shell, BP, Skanska, Nestle və Dubay Dünya Ticarət Mərkəzi kimi bir çox nüfuzlu təşkilatlar tərəfindən etibar edilən NEBOSH İGC, aşağıdakılara kömək edə bilər:

  • İş yerində xəsarət və xəstəlikləri minimuma endirməkdə
  • İşçilərin rifahını artırmaqda
  • Sağlamlıq və təhlükəsizliyə sadiqliyinizi nümayiş etdirərək biznesin daha uğurlu olmasında

__________________________________________________________________
Tələbələr üçün üstünlükləri:

NEBOSH Beynəlxalq Ümumi Sertifikatı sizə əvəzolunmaz bilik və bacarıqlar və mövcud vəzifənizi və uzunmüddətli karyeranızı dəstəkləyən qlobal miqyasda hörmət edilən kvalifikasiya verəcəkdir.

Kvalifikasiya:

  • Hər bir iş yerinə uyğundur
  • Menecerlər, supervayzerlər və ya sağlamlıq və təhlükəsizlik üzrə məsuliyyət daşıyan hər kəs üçün idealdır
  • Sağlamlıq və təhlükəsizlik karyerasına başlayanlar üçün mükəmməldir

 

İşəgötürənlər üçün üstünlükləri

BƏT (Beynəlxalq Əmək Təşkilatı) və Aİ-OSHA-nın (Avropa İttifaqı) araşdırmasına görə, işlə bağlı xəsarət və xəstəlik dünya miqyasında ÜDM-in (Ümum Daxili Məhsulun) 3,9%-nin itkisi ilə nəticələnir, illik xərc təxminən 2,680 milyard avrodur.

İşçilərinizin hər günün sonunda evlərinə təhlükəsiz şəkildə ailələrinin yanına getmələrini təmin edin.

NEBOSH Beynəlxalq Ümumi Sertifikatı Maersk, Shell, BP, Skanska, Nestle və Dubay Dünya Ticarət Mərkəzi kimi bir çox nüfuzlu təşkilatlar tərəfindən etibar edilir.

Bu kvalifikasiya sizə kömək edə bilər:

  • İş yerində xəsarət və xəstəlikləri minimuma endirməkdə
  • İşçilərin rifahını artırmaqda
  • Biznesin daha da  uğur qazanmağına kömək edə biləcək SƏTƏM-ə sadiqliyinizi nümayiş etdirməkdə
  • Sağlamlıq və təhlükəsizlik mədəniyyətinizi gücləndirməkdə
  • Təşkilatınızın dəyərli daxili sağlamlıq və təhlükəsizlik təcrübəsinə malik olduğundan əmin olmağınızda

___________________________________________________

Mən nə öyrənəcəm?

Əhəmiyyətli olan şeylərə dərindən diqqət yetirməklə, NEBOSH Beynəlxalq Ümumi Sertifikatı dünyanın hər yerində hansı sahədə işlədiyinizdən asılı olmayaraq sizə lazım olan əsas bacarıqları təmin edir.

Siz öyrənəcəksiniz:

  • Sağlamlıq və təhlükəsizliyi necə effektiv idarə etmək olar
  • İş yerində ümumi təhlükələri necə müəyyənləşdirmək və nəzarət etmək olar
  • Uğurlu olduğunuzu necə ölçmək olar
  • Müvafiq əsas beynəlxalq standartlar hansılardır

Mən nə etməyi bacaracam?

Riskin qiymətləndirilməsi bu kvalifikasiyanın əsasıdır. Kvalifikasiya üzrə uğurlu olan tələbələr:

  • Risk qiymətləndirmələrini inamla həyata keçirəcəklər
  • Ətraflı fəaliyyət planı hazırlayıb tətbiq edəcəklər
  • İş yeri risklərini idarə edərək minimuma endirəcəklər
  • Şirkətin sağlamlıq və təhlükəsizlik mədəniyyətini dəstəkləyib inkişaf etdirəcəklər

______________________________________________________________

Kursun mövzuları

NEBOSH Beynəlxalq Ümumi Sertifikatı beynəlxalq standartlara və ən yaxşı təcrübəyə əsaslanır. NEBOSH Beynəlxalq Ümumi Sertifikat kvalifikasiyası ona nail olmaq üçün beş il ərzində uğurla tamamlanmalı olan iki bölmədən ibarətdir:

Bölmə IG1: Sağlamlıq və Təhlükəsizlik İdarəetməsi
– Niyə biz iş yeri sağlamlığı və təhlükəsizliyini idarə etməliyik
– Sağlamlıq və təhlükəsizlik idarəetmə sistemləri necə işləyir və onlar necə görünür
– Riskin idarə edilməsi – insanları və prosesləri başa düşmək
– Sağlamlıq və təhlükəsizlik monitorinqi və ölçülməsi

Bölmə IG2: Riskin Qiymətləndirilməsi
– Fiziki və psixoloji sağlamlıq
– Əzələ-skelet sağlamlığı
– Kimyəvi və bioloji maddələr
– İş yerinin ümumi problemləri
– İş avadanlığı
– Yanğın
– Elektrik

____________________________________________________________

Qiymətləndirmə

Qiymətləndirmə iki mərhələli prosesdir:

IG1 – Bildiklərinizi qiymətləndirmək üçün “open book” imtahanı. Bu, ssenariyə əsaslanan sualları və bunun davamı olaraq yekun müsahibəni əhatə edir. İlk öncə, siz ssenari əsasında sizə təqdim olunan sualları cavablandırıb NEBOSH-a təqdim edəcəksiniz. Daha sonra isə, eyni suallar üzrə imtahançı ilə müsahibə təşkil olunacaq və siz həmin suallar üzrə imtahançının suallarını cavablandıracaqsınız.

IG2 – Nə edə biləcəyinizi qiymətləndirmək üçün praktiki risk qiymətləndirməsi (3 saat). Tələbələr risk qiymətləndirməsini tamamlayacaq və iş yerləri üçün fəaliyyət planı hazırlayacaqlar. (praktiki tapşırıq). Hazırladığınız riskin qiymətləndirilməsi və praktiki tapşırığı NEBOSH-a geri göndərəcəksiniz.

Qiymətləndirmələr NEBOSH tərəfindən təyin edilmiş imtahançılar tərəfindən həyata keçirilir.

______________________________________________________________

İmtahanlar

IG1 rəqəmsal qiymətləndirmə (digital assessment) üçün qeydiyyatın təsdiqi

HSE.AZ  sizi rəqəmsal qiymətləndirmədə qeydiyyatdan keçirdikdən sonra NEBOSH sizə tələbə nömrənizi və rəqəmsal qiymətləndirmənizlə bağlı vacib məlumatları özündə əks etdirən Qeydiyyatın Təsdiqi e-mail göndərəcək. Zəhmət olmasa, adınızın düzgün yazıldığını yoxladığınızdan əmin olun və hər hansı dəyişiklik tələb olunarsa, bunu HSE.AZ-a bildirin. Bu e-maili tapa bilməsəniz, spam qovluqlarınızı yoxlamağı unutmayın.

Giriş təfərrüatları

Rəqəmsal qiymətləndirməniz (digital assessment) üçün Qeydiyyatın Təsdiqi e-məktubunuzu aldıqdan sonra NEBOSH sizə NEBOSH onlayn imtahan platforması üçün İstifadəçi adı və Şifrənizi ehtiva edən əlavə e-poçt göndərəcək. Bu e-poçtu almamısınızsa, spam qovluqlarınızı yoxlamağı unutmayın.

İmtahan tarixləri

IG1 – Tələbələrin imtahan günü saat 11:00-dan (Böyük Britaniya vaxtı ilə) başlayaraq sənədlərini (imtahan suallarını) əldə etmək, doldurmaq və NEBOSH-a təqdim etmək üçün 24 saat vaxtı olacaq.

Təsdiq olunmuş imtahan tarixləri

İG2 isə ənənəvi formatda qiymətləndirilir. Siz praktiki işi tamamladıqdan sonra bizə geri göndərəcəksiniz.

İmtahan nəticələri

İngilis dilində aparılan qiymətləndirmələrin bütün nəticələri (praktiki tətbiq üçün olanlar da daxil olmaqla) imtahan və ya tapşırığın təqdim olunduğu tarixdən etibarən 50 iş günü ərzində elan olunur.

______________________________________________________________

İştirak üçün tələblər

Bu kvalifikasiya üçün giriş tələbləri yoxdur, lakin tədris planında olan mövzuları başa düşmək üçün tələbələrin müvafiq ingilis dili standartına malik olmaları vacibdir.

NEBOSH tövsiyə edir ki, bu ixtisas üzrə təhsil alan tələbələr IELTS imtahanlarında Beynəlxalq İngilis Dili Test Sisteminin (IELTS) 6.0 və ya daha yüksək balı ilə bərabər minimum ingilis dili standartına çatsınlar.

Bu kvalifikasiya üzrə kurs və imtahanda iştirak etmək üçün HSE.AZ-ın minimum tələbi pre-intermediate səviyyədir.

İngilis dili səviyyənizin bu kvalifikasiyada iştirak edə bilməyiniz üçün uyğun olduğunu müəyyənləşdirməkdə sizə yardımçı ola bilərik.

HSE.AZ-ın ümumi qiymətləndirməsindən sonra İngilis dili bilik səviyyəsi çox zəif olan şəxslər təəssüf ki, təşkil etdiyimiz kurslarda iştirak edə bilməyəcəklər.

______________________________________________________________
Əlavə resurslar

Siz aşağıdakı linkə daxil olaraq (google-da copy paste edin) ətraflı məlumat əldə edə bilərsiniz:

  • Kurs bələdçisi faylı
  • İmtahanlar haqqında
  • Kurs kitabının nümunəsi
  • NEBOSH siyasət və razılaşmaları və s

https://www.nebosh.org.uk/qualifications/international-general-certificate/

https://www.nebosh.org.uk/policies-and-procedures/

_______________________________________________________________

Kursun ödənişi

NEBOSH HSE “Beynəlxalq Ümumi Sertifikat” kursu aşağıdakı ödənişləri özündə əks etdirir:

– Kurs ödənişi:

  • 1400 azn

– Qiymətləndirmə üzrə qeydiyyat ödənişi:

  • İG1 – 250 azn
  • İG2 – 250 azn

– Ümumi: 1900 AZN

 

6 aya qədər hissəli ödəniş mümkündür.

_______________________________________

Ümumi ödəniş aşağıdakıları əhatə edir:

– 10 günlük kurs

– NEBOSH tərəfindən təsdqi olunmuş kurs kitabı

– Nahar / çay-kofe fasiləsi

– Kurs qiymətləndirməsinə qeydiyyat

– Hissəli ödəniş imkanı

– Sertifikat (əgər imtahanda uğurlu olarsa)

 

Qeyd: Əgər yerləşdiyiniz yerə sertifikat göndərilməsini tələb edirsinizsə, kuryer xidməti üçün əlavə ödəniş tələb oluna bilər.

_________________________________

E-learning

NEBOSH İGC kursu indi artıq e-learning onlayn formatda da mövcuddur. Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://az.hse.az/kurslar/nebosh-igc-beynelxalq-umumi-sertifikat/

 

HSE.AZ MMC NEBOSH Qızıl Öyrənmə Partnyoru / Gold Learning Partner-dir və istədiyiniz ixtisasa nail olmaq üçün sizə hər şeyi təmin edir.

Nə təklif edirik?

– Çoxsaylı NEBOSH kvalifikasiyaları

– Sinif otağı, Canlı onlayn, şirkətdaxili formatda öyrənmə metdoları

– 6 aya kimi faizsiz hissəli ödəniş imkanı

– NEBOSH tərəfindən təsdiq edilmiş təcrübəli təlimçilər tərəfindən tədris

– Ehtiyaclarınızı müəyyən etmək üçün təyin olunmuş müştəri məsləhətçisi ilə kursdan əvvəl məsləhətləşmələr (üz-üzə, video konfrans, whatsapp,mobil telefon zəngi, e-poçt vasitəsilə)

– Kurs kitabı

– IG2Praktiki qiymətləndirmə ilə bağlı ətraflı izah

– Kurs ərzində IG1 üzrə çox sayda imtahan sualları üzərində məşqlər

– Qəhvə/çay və nahar

– Eko-çanta hədiyyə

___________________________________________

Ödənişsiz konsultasiya və qeydiyyat üçün bizimlə əlaqə saxlayın

– Veb sayt: www.hse.az

– E-mail: info@hse.az

– Mobil/whatsapp: +994512067288

Kursa yazılmaq üçün yan butona klikləyərək qeydiyyatdan keçə bilərsiniz.