NEBOSH HSE “İş yerində stresin idarə edilməsi” kursu

Baxış sayı:

NEBOSH HSE “İş yerində stresin idarə edilməsi” kvalifikasiyası tələbələrə stresin səbəb və effektlərini tanımağa, iş yerində riskləri müəyyən etməyə, stresi aradan qaldırmaq və ya azaltmaq üçün tədbirləri tətbiq etməyə lazım olan bilik ilə təmin edəcək.

Bu kurs iş yerində işlə əlaqədar stresin idarəedilməsinə məsuliyyət daşıyan hər kəs üçündür, məsələn, insan resursları üzrə nümayəndələr, birbaşa rəhbərlər, SƏTƏM üzrə peşəkarlar.

Kurs kitabı NEBOSH və HSE (Health and Safety Executive) tərəfindən birgə hazırlanmışdır.

______________________________________________________________

Kursun sonunda tələbələr aşağıdakıları bacaracaqlar:

  • İş yerində stresin və bununla əlaqədar mental sağlamlıq problemlərinin biznes mövqeyindən izahı
  • İş yerində stresin diarəedilməsinin hüqui tələbləri, bunun üçün vəzifə və öhdəliklər
  • İş ilə əlaqədar stresin səbəb və təsirləri
  • Stresə və mental xəstəliyə səbəb ola biləcək iş yerinin 6 aspekti
  • İş ilə əlaqədar stres risklərini müəyyən etmək və qiymətləndirmək üçün HSE-nin “İdarəetmə standartları”nın tətbiqi
  • İş ilə əlaqədar stresin səbəb və təsirlərini azaltmaq üçün uyğun tədbirlər planı hazırlamağı

 

Kursun mövzuları:

Element 1: Əsas prinsiplər

  • Ümumi terminlər, iş ilə əlaqədar stres, təzyiq və mental xəstəliklər arasında əlaqə
  • İş yerində stres və mental xəstəliyin xərcləri
  • İş ilə əlaqədar stresin səbəb və təsirləri
  • Stres konteksində işəgötürənlərin işçilərə olan öhdəlikləri (SƏTƏM-in, İR-nın, Sağlamlıq üzrə nümayəndələrin, birbaşa rəhbərlərin)

Element 2: Riskin müəyyən olunması

  • İş yerində stresin səbəblərinin başa düşülməsi
  • HSE-nin idarəetmə standartlarının tətbiqi

Element 3: Nəzarət tədbirlərinin tətbiqi

  • İş yerində stres yaradan faktorları azaltmaq üçün praktiki tədbirləri hazırlamaq
  • İş yerində stresin effekti və təsirlərini idarə etmək üçün praktiki tədbirləri hazırlamaq
  • İş yerində bu mənada davamlı inkişafı təmine tmək üçün müxtəlif yolları inkişaf etdirmək

_________________________________________________

Kurs üzrə qiymətləndirmə

Bu kvalifikasiya üzrə yalnız bir qiymətləndirmə mövcuddur. Qiymətləndirmə test əsaslı suallar əsasında aparılır.

Tələbələrə real iş yeri ssenarisi təqdim olunacaq və bu ssenariyə uyğun 20 test əsaslı suala cavab vermələri tələb olunacaq.

Bu “open-book” qiymətləndirmə metodudur. Yəni, qiymətləndirmə zamanı tələbələr kurs kitabına və ya kurs zamanı götürdükləri qeydlərə istinad edə bilərlər.

Bu kvalifikasiyaya sahib olmaq üçün tələbələr “pass” (60% və ya yuxarı) dərəcəsinə yiyələnməlidirlər.

 

Qiymətləndirmənin tarixi

Kurs üzrə qiymətləndirmə kurs gününün sonunda yerinə yetiriləcək. Qiymətləndirməni tamamlamaq üçün tələbələrə 1 saat vaxt veriləcək.

 

Qiymətləndirmənin nəticəsi

Nəticələr qiymətləndirmə tamamlandıqdan 24 gün müddət ərzində tələbələrin e-mail ünvanlarına göndəriləcək. Hər hansı moderation proses tətbiq edilsə, nəticələrin elan olunma tarixi bir az uzana bilər.

 

Kursun müddəti:

  • tədris – 6 saat
  • qiymətləndirmə – 1 saat
  • ümumi – 7 saat (1 gün)

_________________________________________________

Tədris metodu

NEBOSH-un 1686 nömrəli Qızıl Öyrənmə Partnyoru olaraq sizə müxtəlif tədris metodlarını təklif edirik :

– Sinif otağı / üzbəüz

– Onlayn canlı (Zoom ilə)

– Şirkət daxili (iş yerində)

– E-learning / onlayn (tezliklə)

________________________________________________

Daha ətraflı məlumat üçün NEBOSH saytına daxil olmağınız tövsiyyə olunur

  • Kurs proqramı
  • Broşur
  • Qiymətləndirmə üzrə bələdçi
  • Kvalifikasiya üzrə inkişaf broşuru
  • Siyasət, NEBOSH qayda və şərtləri

https://www.nebosh.org.uk/qualifications/nebosh-hse-certificate-in-managing-stress-at-work/

https://www.nebosh.org.uk/policies-and-procedures/

________________________________________________

Kursun ödənişi

NEBOSH HSE “İş yerində stresin idarə edilməsi” sertifikat kursu aşağıdakı ödənişləri özündə əks etdirir:

– Kurs ödənişi: 160 AZN

– Qiymətləndirmə üzrə qeydiyyat haqqı: 120 azn

– Ümumi: 280 AZN

_______________________________________

Ümumi ödəniş aşağıdakıları əhatə edir:

– 1 günlük kurs

– NEBOSH kurs kitabının original nəşri və ya elektron versiya

– Nahar / çay-kofe fasiləsi

– Kurs qiymətləndirməsinə qeydiyyat

– Sertifikat (əgər imtahanda uğurlu olarsa)

– 3 aya qədər hissəli ödəniş imkanı

 

Qeyd: Əgər yerləşdiyiniz yerə sertifikat göndərilməsini tələb edirsinizsə, kuryer xidməti üçün əlavə ödəniş tələb oluna bilər.

_________________________________

HSE.AZ MMC NEBOSH Qızıl Öyrənmə Partnyoru / Gold Learning Partner-dir və istədiyiniz ixtisasa nail olmaq üçün sizə hər şeyi təmin edir.

Nə təklif edirik?

– Çoxsaylı NEBOSH kvalifikasiyaları

– Sinif otağı, Canlı onlayn, şirkətdaxili formatda öyrənmə metdoları

– 3 aya kimi faizsiz hissəli ödəniş imkanı

– NEBOSH tərəfindən təsdiq edilmiş təcrübəli təlimçilər tərəfindən tədris

– Ehtiyaclarınızı müəyyən etmək üçün təyin olunmuş müştəri məsləhətçisi ilə kursdan əvvəl məsləhətləşmələr (üz-üzə, video konfrans, whatsapp,mobil telefon zəngi, e-poçt vasitəsilə)

– Orijinal NEBOSH kurs kitabı

– Praktiki qiymətləndirmə üçün izah və məkan

– Qəhvə/çay və nahar

– Eko-çanta hədiyyə

___________________________________________

Pulsuz konsultasiya və qeydiyyat üçün bizimlə əlaqə saxlayın

– Veb sayt: www.hse.az

– E-mail: info@hse.az

– Mobil/whatsapp: +994512067288

Kursa yazılmaq üçün yan butona klikləyərək qeydiyyatdan keçə bilərsiniz.