NEBOSH HSE Yüklərin Əl ilə Daşınması üzrə Riskin Qiymətləndirilməsi

Baxış sayı:

NEBOSH və Böyük Britaniyanın sağlamlıq və təhlükəsizlik tənzimləyicisi, Sağlamlıq və Təhlükəsizlik İdarəsi (HSE), əzəzlə-skelet sistemi xəstəliklərinin əsas səbəblərindən birinin qarşısının alınmasına yönəlmiş yeni kvalifikasiya hazırlamaq üçün əməkdaşlıq edir; YÜKLƏRİN ƏL İLƏ DAŞINMASI.

Yüklərin əl ilə daşınması üzrə riskin qiymətləndirilməsi NEBOSH HSE Sertifikatı HSE-in ən yaxşı təcrübə təlimatlarına və alətlərinə əsaslanan bir günlük ikvalifikasiyadır. Kurs sizə əl ilə yük daşıma riskini müəyyən etməyə və qiymətləndirməyə kömək edəcək və daha da vacibi işçilərin müdafiyəsi üçün nəzarət tədbirlərini prioritetləşdirəcək.

_________________________________

Kurs kimlər üçündür?

“The NEBOSH HSE Certificate in Manual Handling Risk Assessment” yüklərin əl ilə daşınması riskinə məruz qalan və bu riskləri qiymətləndirən hər kəs üçündür.. Məsuliyyət daşıdıqları üçün, aşağıdakı vəzifəli şəxslərə xüsusilə uyğundur:

  • SƏTƏM mütəxəssisləri
  • İş yerinidə SƏTƏM üzrə məsuliyyət daşıyan şəxslər
  • İşçinin nümayəndəsi
  • Peşə sağlamlığı üzrə mütəxəssislər

_________________________________

Tələbələr üçün üstünlükləri

Yüklərin əl ilə daşınması üzrə riskin qiymətləndirilməsi NEBOSH HSE Sertifikatı  iş yerində əl ilə yük daşıma üzrə riskləri tanımaq, qiymətləndirmək və azaltmaq istəyənlər üçün bir kvalifikasiyadır. Tədris proqramı və onu müşayiət edən tədris materialları NEBOSH tərəfindən Böyük Britaniyanın Sağlamlıq və Təhlükəsizlik Tənzimləyicisi, Sağlamlıq və Təhlükəsizlik İdarəsi (HSE.GOV.UK) ilə birlikdə işlənib hazırlanmışdır və dərc olunmuş HSE təlimatlarına əsaslanır.

Siz öyrənəcəksiniz:

  • Əl ilə yük daşımadan yayınmanın səbəbləri və əl ilə yük daşıma zamanı yarana biləcək ümumi zədə növlərini müəyyən etməyi
  • HSE alətləri və təlimatlarından istifadə etməklə risk faktorlarını necə qiymətləndirməyi
  • Riskin proporsional və ağıllı şəkildə necə qiymətləndirilməsini
  • Uyğun nəzarət tədbirlərini müəyyən etməyi

 

İşəgötürənlər üçün üstünlüklər

NEBOSH HSE Yüklərin Əl ilə daşınması üzrə Riskin Qiymətləndirilməsi Sertifikatı sizə kömək edəcək:

  • Komandanızın HSE-in yüklərin əl ilə daşınması üzrə risklərə hazırkı yanaşmasını müəyyən etməyə
  • Təşkilatınızın yüklərin əl ilə daşınması ilə bağlı risklərin idarə edilməsi üzrə mütəxəssisin olduğuna əmin olmağa
  • Komandanızın bacarıqlarını artırmağa – hansı ki onlar risklərin düzgün qiymətləndirilməsini düzgün standarta uyğun həyata keçirə biləcəklər və harada mütəxəssis biliyinin tələb olunduğunu müəyyən edəcəklər.
  • Təhlükəsiz və sağlam iş mühiti yaratmağa

___________________________________________________________

Kursun detalları

Bu kvalifikasiya sizə kömək edəcək ki::

  • Yüklərin əl ilə daşınması fəaliyyətləri ilə bağlı riskləri azaltmağın vacibliyini izah etməyə
  • Yüklərin əl ilə daşınması ilə bağlı öhdəlikləri başa düşməyə
  • Yüklərin əl ilə daşınması risklərinin nələr olduğunu və onların hansı xəsarətlərə səbəb ola biləcəklərini izah etməyə
  • Yüklərin əl ilə daşınması üzrə uyğun risklərin qiymətləndirilməsi praktikası və texnikalarını nümayiş etdirməyə
  • Yüklərin əl ilə daşınması üzrə riskin idarəedilməsinin müxtəlif elementlərinə müraciət etməyə

 

Bu kvalifikasiyadan istifadə etməklə yüklərin əl ilə daşınması üzrə şirkətdaxili mütəxəssisin hazırlanması sizin təşkilata kömək edəcək ki:

  • Əzələ-sümük narahatlıqlarının ən əsas səbəblərindən işçi heyətini mühafizə etmək
  • HSE-nin yüklərin əl ilə daşınması üzrə alətlərindən istifadə edərək riskləri qiymətləndirmək

___________________________

Kursun mövzuları

  1. Yüklərin əl ilə daşınmasının prinspiləri
  2. Yüklərin əl ilə daşınması riskini idarə etmək: riskləri müəyyən
  3. Yüklərin əl ilə daşınması riskini idarə etmək: risklərə nəzarət etmək

 

Kurs üzrə öyrənmə nəticələri

  1. Yüklərin əl ilə daşınması fəaliyyətindən niyə yayınmaq lazımdır, riskləri idarə etmək üçün mənəvi-biznes-hüquqi səbəblər və ortaya çıxan əsas xəsarət növləri
  2. Yüklərin əl ilə daşınması ilə bağlı əsas risk faktorlarını başa düşmək, HSE-nin müvafiq alətindən sitifadə etmək (MAC və RAPP), riskin qiymətləndirilməsini uyğun və kifayət edən faktorlar
  3. Mexaniki vasitələrdən istifadə edərək yüklərin əl ilə daşınmasından necə yayınmaq olar və yüklərin əl ilə daşınamsı üzrə yaxşı texnikalar

________________________

Kursun müddəti

Bu 1 günlük kursdur. Kurs üzrə qiymətləndirmə həmin gün təşkil olunur.

  • Kursun müddəti – 6 saat
  • Qiymətləndirmə – 1 saat

________________________________________

Qiymətləndirmə

Kursun sonunda praktiki qiymətləndirmə təşkil olunur. İş yerində bir fəaliyyətlə bağlı video materiala baxdıqdan sonra sizdən HSE-nin müvafiq alətlərindən istifadə edərək riski qiymətləndirməyiniz xahiş olunacaq..

Qiymətləndirmə tarixləri

Qiymətləndirmə kurs yekunlaşdıqdan sonra həmin gün, kursun sonunda təşkil olunur. Qiymətləndirmə HSE.AZ MMC tərəfindən yerinə yetiriləcək. Kursdan və qiymətləndirmədən öncə HSE.AZ nümayəndəsi sizə qiymətləndirmənin gedişatı barəsində məlumat verəcək.

Qiymətləndirmə nəticələri

Qiymətləndirmədə iştirak etdikdən 24 gün ərzində siz nəticənizi əldə edəcəksiniz. Əgər, qiymətləndirmədən uğurla keçsəniz, sizin sertifikat 20 gün ərzində HSE.AZ-a göndəriləcək.

_____________________________

Tədris metodu

NEBOSH-un 1686 nömrəli Qızıl Öyrənmə Partnyoru olaraq sizə müxtəlif tədris metodlarını təklif edirik :

– Sinif otağı / üzbəüz

– Onlayn canlı (Zoom ilə)

– Şirkət daxili (iş yerində)

– E-learning / onlayn (tezliklə)

____________________________________________

Kursda iştirak üzrə tələb

Bu kvalifikasiya üzrə kursda iştirak üçün hər hansı tələb yoxdur..

Lakin, iştirak edəcək tələblərin kursun proqramındakı mövzuları yaxşı başa düşmələri üçün İngilis dili üzrə müvafiq biliyə sahib olmaları vacibdir.

__________________________

Daha ətraflı məlumat üçün NEBOSH saytına daxil olmağınız tövsiyyə olunur

  • Kurs proqramı
  • Broşur
  • Qiymətləndirmə üzrə bələdçi
  • Kvalifikasiya üzrə inkişaf broşuru
  • Siyasət, NEBOSH qayda və şərtləri

https://www.nebosh.org.uk/qualifications/nebosh-hse-certificate-in-manual-handling-risk-assessment/

https://www.nebosh.org.uk/policies-and-procedures/

_____________________________

Kursun ödənişi

NEBOSH HSE Yüklərin əl ilə daşınması üzrə riskin qiymətləndirilməsi sertifikat kursu aşağıdakı ödənişləri özündə əks etdirir:

– Kurs ödənişi: 180 AZN

– Qiymətləndirmə üzrə qeydiyyat haqqı: 120 AZN

– Ümumi: 300 AZN

_______________________________________

Ümumi ödəniş aşağıdakıları əhatə edir:

– 1 günlük kurs

– NEBOSH kurs kitabının original nəşri

– Nahar / çay-kofe fasiləsi

– Kurs qiymətləndirməsinə qeydiyyat

– Sertifikat (əgər imtahanda uğurlu olarsa)

 

Qeyd: Əgər yerləşdiyiniz yerə sertifikat göndərilməsini tələb edirsinizsə, kuryer xidməti üçün əlavə ödəniş tələb oluna bilər.

_________________________________

HSE.AZ MMC NEBOSH Qızıl Öyrənmə Partnyoru / Gold Learning Partner-dir və istədiyiniz ixtisasa nail olmaq üçün sizə hər şeyi təmin edir.

Nə təklif edirik?

– Çoxsaylı NEBOSH kvalifikasiyaları

– Sinif otağı, Canlı onlayn, şirkətdaxili formatda öyrənmə metdoları

– 3 aya kimi faizsiz hissəli ödəniş imkanı

– NEBOSH tərəfindən təsdiq edilmiş təcrübəli təlimçilər tərəfindən tədris

– Ehtiyaclarınızı müəyyən etmək üçün təyin olunmuş müştəri məsləhətçisi ilə kursdan əvvəl məsləhətləşmələr (üz-üzə, video konfrans, whatsapp,mobil telefon zəngi, e-poçt vasitəsilə)

– Orijinal NEBOSH kurs kitabı

– Praktiki qiymətləndirmə üçün izah və məkan

– Qəhvə/çay və nahar

-Eko-çanta hədiyyə

___________________________________________

Pulsuz konsultasiya və qeydiyyat üçün bizimlə əlaqə saxlayın

– Veb sayt: www.hse.az

– E-mail: info@hse.az

– Mobil/whatsapp: +994512067288

Kursa yazılmaq üçün yan butona klikləyərək qeydiyyatdan keçə bilərsiniz.