NSC İlk yardım (CPR / AED daxil) kursu

Baxış sayı:

İş yerinizdə ilk yardımı tez və effektiv şəkildə göstərə biləcək birinin olması, sözün əsl mənasında, həyat xilasedici ola bilər. Milli Təhlükəsizlik Şurası (National Safety Council) iş yerində ilk yardım və CPR təlimi üzrə ekspertdir. HSE.AZ MMC NSC-nın Azərbaycanda “ilk yardım” və “Təhlükəsiz sürücülük” kursları üzrə rəsmi provayderidir.

Bir çox provayder OSHA First Aid Standard 29 CFR 1910.151-ə cavab vermək üçün lazım olan hərtərəfli təlimi təklif etmir. NSC ilk yardım təlimi bu standartı, eləcə də ən son CPR və ilk yardım təlimatlarının tələblərini üstələyir və sənayenizin xüsusi ehtiyaclarını ödəmək üçün iş yerinizə də uyğunlaşdırıla bilər.

İşçilər tez-tez fövqəladə vəziyyətin “cəbhə xəttində / ön xəttində” olurlar. Onların zədələrə tez reaksiya vermə qabiliyyəti həm öz, həm də iş yoldaşlarının həyatlarını xilas edə bilər. Bundan başqa, evdə və ya ictimai yerlərdə gözlənilmədən ilk yardıma ehtiyyac yarana bilər.

Bu kurs işçilərə və digər şəxslərə gündəlik tibbi fövqəladə halları necə tanımağı və peşəkar yardım gələnə qədər zədə və ya xəstəliyə ilk yardım etməyi öyrədir.

 

NSC-un əsas ilk yardım xüsusiyyətləri bunlardır:

● ABŞ-ın 2020 CPR, ECC və İlk Yardım qaydalarına uyğun yenilənib
● OSHA-nın ən yaxşı ilk yardım təcrübələrini ödəyən tək milli sertifikasiyadır
● Digər provayderlərə nisbətən daha ucuzdur
● Yüksək interaktiv formatda təşkil olunan sinif otağı əsaslı kursdur
● İş yerindən kənar digər sahələr üçün də (ev, ictimati məkanlar) uyğundur
● Xüsusi olaraq iş yeri üçün nəzərdə tutulmuşdur

 

İştirakçılar  öyrənəcəklər:

● İlk yardımın mahiyyəti, məqsədləri
● Hadisə yerinin və xəsarət alan şəxsin qiymətləndirilməsi
● CPR və ya ürək-ağciyər canlandırılması
● AED və ya avtomatlaşdırılmış defibrilyatordan istifadə
● Qanaxmaya nəzarət olunması
● Yaralanmalara, yaralara (sümük sınmaları) və yanıqlarda ilk yardım
● Həyat üçün təhlükə yaradan zəhərlənmə və ya boğulma (choking) hallarını müalicə edin
● Qəfil xəstəliklərə reaksiya verilməsi
● İlan-əqrəb və digər zərərverici sancmalarına reaksiya
● İstivurma, gün vurmada, hipotermiyada ilk yardım
● Suda boğulmada ilk yardım
Qeyd: sifarişçinin istəyindən asılı olaraq digər mövzular da tədris oluna bilər

 

Kimlər iştirak edə bilər:

● Tərbiyəçilər / müəllimlər / məşqçilər
● Fövqəladə hallara reaksiya komandasının üzvləri / Hüquq-mühafizə və yanğınsöndürmə personalı
● Aviaşirkət işçiləri
● Xilasedicilər / atletik və ya şəxsi məşqçilər
● Pərakəndə satış / restoran / otel əməkdaşları
● Biliyini təkmilləşdirməyə ehtiyacı olan şəxslər
● Sertifikatlaşdırma istəyən və ilk yardım üzrə bilik əldə etmək istəyən istənilən şəxs

 

Təlimatçılar:

● Tural Həsənov
● Xəyal Mehdiyev

 

Tədris metodu:

● Sinif otağı (nəzəri və praktiki)
● Canlı onlayn (Zoom proqramı üzərindən, nəzəri)

 

Qiymətləndirmə:

​● Kursun sonunda iştirakçılar test əsaslı suallardan ibarət qiymətləndirmədə iştirak edəcəklər

 

Təminat:

● 5-6 saatlıq beynəlxalq kurs
● Nəzəri və praktiki, interaktiv tədris
● NSC ilk yardım kurs kitabı (e-kitab)
● NSC beynəlxalq ilk yardım sertifikatı (digital certificate)
● İştirakçıları ilk yardım üzrə həvəsləndirmək üçün ürək formalı rozet
● Kətan parçadan eko-çanta
● Çay və nahar fasiləsi

 

Kursun qiyməti:

● 140 azn

Kursa yazılmaq üçün yan butona klikləyərək qeydiyyatdan keçə bilərsiniz.