Riskin qiymətləndirilməsi / Risk assessment
Həyatımızın hər hanında təhlükə və risklər mövcuddur. Onlardan yayınmaq üçün biz gərək konkret hər hansı fəaliyyəti yerinə yetirməyək. Lakin, həyatın qanunu olaraq və yaşayışımızı təmin etmək üçün biz evdən çölə çıxmalı, nəqliyyatın hərəkət etdiyi yolu keçməli, nəqliyyat vasitəsini idarə etməli, iş yerində müxtəlif əməliyyatları yerinə yetirməliyik. Bu səbəbdən risklərdən yayınmaq əksər hallarda mümkün olmur. Onlar bizim həyatımızın ayrılmaz hissəsidir. Əsas vacib olan, səmərəli nəzarət tədbirləri ilə onları idarə etmək, nəzarətdə saxlamaqdır.
Sizə təqdim etdiyimiz bu kurs ilə bizim hədəfimiz iş yerində sizi əhatə edən təhlükə və riskləri müəyyən etməyi, onları qiymətləndirməyi və onlara necə nəzarət etməyi öyrənmək və praktiki tətbiq etməyi sizə öyrətməkdir.
Kurs aşağıdakı mövzulardan ibarətdir:
▪︎ Giriş
▪︎ Hüquqi tələblər
▪︎ Müxtəlif terminlərin izahı
▪︎ Təhlükə. Təhlükənin müəyyən olunması metodları
▪︎ Risk. Riskin qiymətləndirilməsi. Onun növləri və mərhələləri.
▪︎ Risk matrisi.
▪︎ Risklərə nəzarət olunması. Nəzarət iyerarxiyası.
▪︎ Praktiki tapşırıqlar.
Kursun sonunda 15 sualdan ibarət qiymətləndirmə həyata keçirilir.
Kurs praktiki tapşırıqlarla zəngindir.
Təlimçi: Rəşad Bəkdəmirli