McLaren şirkəti iş yerində baş verən ölümə görə 1.372.000 azn cərimələndi
Formula-1 yarışlarında iştirak edən yarış avtomobilləri üzrə qrup – McLaren şirkəti işçisi F1 anbarında inspeksiya aparan zaman həyatını itirməsinə görə məhkəmədə mühakimə olundu.
18 Oktyabr 2016-cı il. “Zurich Management Services”də işləyən David Oldham adlı işçi təmir prosesində olan “McLaren”in Paddock Brand Center-də struktur inspeksiyası aparırdı.
4 uşaq atası olan 55 yaşlı mütəxəssis “Formula 1” yarış komandasının istifadə etdiyi istirahət bölməsinə baxış keçirərkən yuxarı mərtəbədən yıxılaraq həyatını itirib.
Məhkəmənin McLaren-ə bildirdiyinə əsasən, onlar riskləri düzgün qiymətləndirməyib və işçilərin hündürlükdən yıxılmasının qarşısını almaq üçün tədbirlər görməyib.
“DAVİDİN SAĞLAMLIQ VƏ TƏHLÜKƏSİZLİYİ ÜÇÜN MƏSULİYYƏT DAŞIYANLAR ÖZ ÖHDƏLİKLƏRİNİ YERİNƏ YETİRMƏMİŞDİLƏR”
18 Oktyabr 2016-cı il hadisəsindən bəri Böyük Britaniyada 2017-2022-ci illər arasında 174 işçi hündürlükdən yıxılaraq dünyasını dəyişib ki, bu da istehsalat qəzalarında ölənlərin dörddə biri olub.
SƏTƏM müfəttişi Saffron Turnell, “Hündürlükdə iş yüksək riskli bir fəaliyyətdir və yıxılma həyatı dəyişdirən xəsarət və ölümlə nəticələnə bilər” dedi. “David kimi insanların işdən evə qayıtmamasının bir nömrəli səbəbi budur. Onun sağlamlığını və təhlükəsizliyini təmin edən məsul şəxslər işçini qorumağı bacarmadılar”.
Məhkəmə 31 Mart 2023-cü ildə qərar verdi. Keçən ay “Formula 1” nəhəngi Əməyin Sağlamlığı və Təhlükəsizliyi Qanununun (HSAW) 2(1) və 3(1) bəndlərini pozmaqda təqsirli bilinib. Şirkət 650 000 funt sterlinq cərimələndi və 110 132 funt sterlinq xərcləri ödəməyə məhkum edildi.
“İşə nəzarət edən şəxslərin riski müəyyən etməsi, mümkün olduqda onu aradan qaldırmağı planlaşdırması və ya mümkün olmadıqda işçilərin və başqalarının təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görməsi çox vacibdir. Yaxşı idarəetmə həm də mövcud nəzarət tədbirlərinin işçilərin təhlükəsizliyini təmin etdiyinə əmin olmaq üçün müntəzəm monitorinqi, yoxlamaları özündə birləşdirməlidir.
Qeyd:
• Araşdırma HSE (Health and Safety Executive) tərəfindən aparılıb. Burada qeyd edən yazılar onlara məxsusdur.
• Tərcümə etdi: Rüstəm Abdullayev
• Bu yazı maarifləndirmə məqsədilə paylaşılır.