SOCAR “Neftqaztikinti” trestinin 2 işçisi həyatını itirdi❗️

24 August 2023
Baxış sayı:

24 avqust 2023-cü il tarixində saat 07:00 – da SOCAR-ın “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı Tikinti Quraşdırma sahəsinin “Azneft” İB-nin “N.Nərimanov” NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin əsaslı təmiri” obyektində yerinə yetirilən tikinti quraşdırma işləri zamanı dəmir-beton pilitənin qırılması nəticəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı Ağammədov Şirvan Ataş oğlu (1960-cı il) və əl ilə qaynaqda elektrik qaynaqçısı Nərimanov Şamo Mətləb oğlu (1984-cü il) açıq dəniz sahəsinə düşərək itkin düşmüşlər.

Mənbə: Mirvari Qəhrəmanlı (Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri)

Mənbə: Dia.az