Enerjinin təcrid olunması / Lock Out – Tag Out

Baxış sayı:

HSE.AZ Sizlərə yeni dizayn etdiyi kursunu təqdim edir: Enerjinin təcrid olunması

Mövzu haqqında

İş sahələrində müxtəlif texniki xidmət, təmir – servis və digər əməliyyatlar zamanı təhlükəsizlik məqsədilə müxtəlif enerji mənbələrinin təcrid edilməsinə / enerji mənbəyindən ayrılmasına ehtiyyac yaranır. Enerjinin təcridi bu tip əməliyyatların ən əsas təhlükəsizlik tədbirlərindəndir.

OSHA-nın rəsmi statisktikasına əsasən hər il enerjinin təcrid edilməməsi səbəbindən 50.000 xəsarət alma halı, 120 ölüm hadisəsi baş verir.

Azərbaycanda bu təhlükə ilə bağlı çox ciddi hadisələr baş vermişdir: ət kombinatında xadimə ətçəkən qurğunun qəfil hərəkət etməsi səbəbilə həyatını itirdi. Başqa bir hadisə çörək sexində təmizlik işi zamanı mikserin digər bir işçi tərəfindən işə salınması nəticəsində mikserin yanında dayanmış işçinin həyatını itirməsinə gətirib çıxardı. Reklam banerlərinin hazırlanması şirkətində gənc işçinin faciəvi şəkildə ölməsi. Elektrik sistemləri üzərində təmir işləri zamanı həyatını itirən işçilər də enerjinin düzgün təcrid edilməməsinin qurbanı olmuşlar.

Enerjinin təcrid edilməsi çox zaman qısa olaraq LOTO kimi səsləndirilir (Lock Out / Tag Out)

 

Kurs kimlər üçündür?

Enerjinin təcrid edilməsi maşın, mexanizm, avadanlıq və ya hər hansı enerji mənbəyi ilə işləyən istənilən sistem üzərində təmir, texniki xidmət işləri yerinə yetirən bütün işçi heyəti, bu əməliyyatlara cəlb olunan istənilən şəxs, enerjinin təcrid edilməsi işlərinin təhlükəsiz icrası və idarəedilməsinə məsuliyyət daşıyan rəhbər şəxslər, bu əməliyyatlara nəzarət edən edən şəxslər, bu mövzu üzrə bilik əldə etmək istəyən və ya mövcud biliyini inkişaf etdirmək istəyən şəxslər üçündür.

  • Enerjinin təcrid edilməsi üzrə təyin edilmiş səlahiyyətli şəxslər
  • Texniki xidmət üzrə supervayzer və ya koordiantorlar
  • Texniki xidmət işçiləri (məs: elektrik, mexanik, çilingər, hidravlik və s)
  • SƏTƏM nümayəndələri
  • Ərazi üzrə supervayzerlər
  • Proses mühəndisləri
  • Maşın-mexanizm mühəndisləri
  • Sahə inspektorları
  • Bu mövzu üzrə bilik əldə etməsinə ehtiyyac olan digər şəxslər

Təlim zamanı bu lövhə üzərində simulyasiya / praktiki iş tətbiq olunacaq.

 

Kursun mövzuları

  • Enerjinin təcrid olunmasının vacibliyi – kursa giriş (bundan sonra LOTO)
  • Enerjinin təcrid olunması üçün yerli və beynəlxalq hüquqi tələb
  • Vəzifə və öhdəliklər
  • Ölümcü xəsarətlərin 5 əsas səbəbi
  • Təhlükəli enerji növləri
  • Niyə kilidləmə, niyə işraələmə?
  • Enerjinin təcrid olunması proseduru
  • İzolyasiya Təsdiq Sertifikatı (ICC)
  • Fərdi təcridetmə
  • Qrup təcridetməsi
  • Enerjinin təcrid edilməsi üçün tələblər
  • Kilidlmə (Qıfıllama) və işarələmə (yarlıq asmaq avadanlıqları
  • Enerjinin təcrid edilməsi üçün çanta, açarlar otağı, qutular və s.
  • Növbə ərzində enerjinin təcird edilməsi
  • Bir neçə günlük enerjinin təcrid edilməsi
  • Enerjinin təcridi üzrə təlimin vacibliyi

 

Tədris metodu

Kurs üzrə tədris aşağıdakıları əhatə edir

  • Nəzəri biliklərin tədrisi
  • Öyrənilmiş dərslər
  • Müxtəlif təcrid etmə avadanlıqları ilə tanışlıq
  • Ssenari üzrə praktiki çalışma

Kursun müddəti

  • 1 gün (6 saat)

 

Qiymətləndirmə

  • Enerjinin təcrid edilməsi üzrə təlimin sonunda 20 sualdan ibarət test əsaslı qiymətləndirmə təşkil olunacaq.

 

Təlimçi

  • Rəşad Bəkdəmirli

 

Kursun qiyməti

  • 140 azn
Kursa yazılmaq üçün yan butona klikləyərək qeydiyyatdan keçə bilərsiniz.