NEBOSH Award “İş Yerində Ətraf Mühitin Mühafizəsinin Əsasları”

Baxış sayı:

“NEBOSH İş Yerində Ətraf Mühitin Mühafizəsi (Award)” Kvalifikasiyası iş yerində ətraf mühit məsələlərinə faydalı giriş təqdim edir. O, təşkilatın ətraf mühit fəaliyyətinin yaxşılaşdırılmasında işçilərin oynaya biləcəyi rolu vurğulayır və ətraf mühitə təsirlər və risklərə nəzarəti başa düşməyə kömək edəcək. ISO 14001 tətbiq edən təşkilatlar üçün təlim tələblərinə cavab verir.

 

Kurs kimlər üçündür?

Bu kvalifikasiya ətraf mühitə təsirlər və risklərə nəzarət haqqında əsas anlayışı əldə etməyə ehtiyacı olan hər kəs üçündür. Bu ISO 14001 standartının tətbiqinə girişi təqdim edir.

Bu kurs, mövzu üzrə əvvəlcədən bilik tələb olunmayan tələbələr üçün ətraf mühitin mühafizəsi üzrə kvalifikasiyadır.

Kvalifikasiya qlobal aktuallığa malikdir və Böyük Britaniyanın xüsusi qanunlarını deyil, ətraf mühitin idarə edilməsi prinsiplərini əhatə edir. Xüsusilə aşağıdakılar üçün uyğun ola bilər:

– Komanda rəhbərləri və supervayzerlər üçün

– SƏTƏM nümayəndələri

– Obyekt menecerləri

– Ətraf mühitə təsiri gözlənilən sıravi işçilər üçün

– Ətraf mühitlə bağlı müsbət fəaliyyət təmin etmək və bilik əldə etmək istəyən hər kəs

 

İşəgötürənlər üçün üstünlükləri

NEBOSH İş yerində Ətraf Mühitin Mühafizəsi (Award) kursu sizə kömək edə bilər:

– Ətraf mühit ilə bağlı insidentləri və bununla əlaqədar itirilmiş istehsal vaxtını azaltmağa

– İşçilər arasında ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmənin gücləndirilməsinə

– İşçilərin prosesə cəlb edilməsini inkişaf etdirməyə və ətraf mühit mədəniyyətini artırmağa

– Təşkilatın ətraf mühit tədbirlərinə daha yüksək səviyyədə riayət olunmasını təmin etməyə

– Ekoloji problemlərin şirkətin reputasiyasına / cəmiyyət arasındakı imicinə vuracağı zərərdən qorumağa

 

Bu kvalifikasiya Ətraf Mühit İdarəetmə Sistemini (EMS) tətbiq etmək istəyən təşkilatlara fayda verəcəkdir. Kurs, işçi qüvvəsinə təşkilatın ətraf mühitə təsirləri və həmçinin ətraf mühit idarəetmə sisteminin yaxşı formada tətbiqi üzrə onların fərd olaraq rolunu daha yaxşı qavramaları üçün köməklik edəcək.

____________________________________

Kursun məzmunu

Normalda bir gün davam edən kurs iş yerində əsas ekoloji maarifləndirmə və praktikaları əhatə edir. Mövzulara daxildir:

  • Əsas ekoloji terminlər və onların mənası
  • Hava, su, səs-küy və torpaq çirklənməsinin mənbələri, təsirləri və onlara nəzarət
  • Ekoloji fövqəladə hallarla mübarizə
  • Ətraf mühitə təsir (risk) qiymətləndirmələrinin təqdim olunması
  • Ətraf Mühitin İdarəetmə Sistemlərinə Giriş

 

Öyrənmə nəticələri

Kursu bitirdikdən sonra tələbələr biləcəklər:

– Əsas terminlərin izahını: ətraf mühit; hava; iqlim; heyvan və həşəratlar üçün yaşayış yerləri; ekosistemlər; biomüxtəliflik; çirklənmə; davamlılıq

– Davamlı inkişafın əhəmiyyətini və faydalarını müəyyən etməyi

– Ətraf mühitin idarə edilməsi sisteminin əsas komponentlərini və sertifikatlaşdırma prosesini müəyyən etməyi

– Ətraf mühitə təsirin qiymətləndirilməsinin əsas prinsiplərini və praktikasını müəyyən etməyi

– Havanın çirklənməsinin əsas mənbələrini, növlərini, nəzarət üsullarını və təsirlərini müəyyən etməyi

– Su çirklənməsinin əsas mənbələrini, nəzarət üsullarını və təsirlərini müəyyən etməyi

– Ətraf mühit üzrə səs-küyün əsas mənbələrini, nəzarət vasitələrini və təsirlərini müəyyən etməyi

– Tullantıların növlərini müəyyənləşdirməyi

– Tullantıların iyerarxiyasını və tullantıların effektiv idarə olunması yollarını müəyyən etməyi

– Fövqəladə hallarla mübarizə zamanı həyata keçirilməli olan tədbirləri izah etməyi

_________________________________

Kurs üçün tələblər

Bu kvalifikasiya üçün heç bir rəsmi giriş tələbi yoxdur, lakin tələbələrin tədris planında olan anlayışları kursun tədris olunacağı və qiymətləndirmənin tamamlanacağı dildə başa düşməsi və ifadə edə bilməsi vacibdir.

NEBOSH tövsiyə edir ki, bu kvalifikasiyanı ingilis dilində həyata keçirən tələbələr IELTS imtahanlarında Beynəlxalq İngilis Dili Test Sistemi (IELTS) balı 5.0 və ya daha yüksək olan minimum ingilis dili standartına bərabər olmalıdır.

Qeyd:

  • Kursa qeydiyyat olunmazdan öncə sizinlə ingilis dili bilik səviyyəniz üzrə məsləhətləşmə aparılacaqdır.
  • Kurs zamanı, ingilis dili bilik səviyyəsi nisbətən aşağı olan tələbələr üçün kurs nümayəndəsi tərəfindən bəzi məqamların tərcüməsi təmin ediləcəkdir.

NEBOSH kurslarına sahib olmaq yolunda qarşınızdakı baryerləri minimallaşdırırq!

________________________________

Tədris metodu

NEBOSH “Qızıl Öyrənmə Partnyoru / Gold Learning Partner” (1686) olaraq biz şirkətdaxili seçimlər də daxil olmaqla müxtəlif çevik kurs formatları təklif edirik. Beləliklə, təlimlər biznes ehtiyaclarınıza uyğun olaraq təşkil edilə bilər.

Hazırda biz bu kursu təklif edirik:

– Sinif otağı / üz-üzə

– Canlı onlayn (Zoom vasitəsilə)

– Şirkət daxili (korporativ müştərilər üçün)

– E-learning / onlayn formatda (tezliklə)

______________________________

Kursun müddəti

– 6 saatlıq tədris

– 1 saat qiymətləndirmə / imtahan hazırlıq

– Ümumi: 7 saat

______________________________

Kurs üzrə qiymətləndirmə

Kursu bitirdikdən sonra, tələbələr onlayn sistemdə çox variantlı cavabları olan test əsaslı suallar üzrə qiymətləndirmədə iştirak edəcəklər.

  • İmtahan müddəti: 30 dəqiqə
  • Keçid balı: 60%

Onlayn çox seçimli sual qiymətləndirmələri haqqında ətraflı oxuyun:

https://www.nebosh.org.uk/digital-assessments/online-multiple-choice/

 

Tələbələr tədris aldıqları dildə bilikli olmalı və qiymətləndirmələrini tamamlamalıdırlar.

 

İmtahan uğurla başa çatdıqdan sonra tələbələrin e-mail ünvanlarına rəsmi nəticə göndəriləcəkdir.

Əgər, tələbə imtahan nəticəsində “Refer” nəticəsi alarsa, imtahanda yenidən iştirak edə bilər. İmtahanda təkrar iştirak sayı ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Bunun üçün tələbələr hər dəfə imtahan qeydiyyatdan keçməli və qeydiyyatın son tarixinə qədər imtahan üçün ödənişi yerinə yetirməlidirlər.

 

İmtahanlar

İmtahan qeydiyyatı

Tələbələr imtahan verməzdən əvvəl qeydiyyatdan keçməlidirlər. İmtahan qeydiyyat HSE.AZ MMC tərəfindən həyata keçiriləcəkdir.

İmtahana girişin təsdiqi

Öyrənmə partnyorunuz (HSE.AZ MMC) sizi imtahanda qeydiyyatdan keçirdikdən sonra o, sizə NEBOSH tələbə nömrənizi, imtahan və nəticələr prosesinə aid vacib məlumatları özündə əks etdirən İmtahana Giriş Təsdiqini (Examination Entry Confirmation) göndərəcək. Zəhmət olmasa, adınızın düzgün yazıldığını yoxladığınızdan əmin olun və hər hansı dəyişiklik tələb olunarsa, bunu HSE.AZ MMC-ə bildirin.

İmtahan otağına daxil olmaq üçün İmtahana Giriş Təsdiqi vacibdir, siz nəzarətçiyə fotoşəkilli şəxsiyyət vəsiqəsini göstərməli və sonra İmtahana Giriş Təsdiqini imzalamalısınız. İmtahana Giriş Təsdiqini almamısınızsa, bizimlə əlaqə saxlayın: +994512067288 və ya exams@hse.az

 

İmtahan tarixləri

Kurs – çox seçimli sualın qiymətləndirilməsi.

Bu qiymətləndirmə artıq onlayn şəkildə tamamlana bilər, əlavə məlumat üçün Çox Seçimli Sual Qiymətləndirmələri səhifəsinə baxın.

https://www.nebosh.org.uk/digital-assessments/online-multiple-choice/

 

İmtahan nəticələri

İmtahandan sonra 15 iş günü ərzində nəticələrinizi alacaqsınız. İmtandan keçdikdən sonra ixtisas üzrə sertifikatınız imtahan nəticəsi göndərildikdən sonra 20 iş günü ərzində HSE.AZ-a göndəriləcək. Kurs provayder isə bu barədə sizi məlumatlandıracaq.

__________________________________

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

Siz əldə edəcəksini:

– Syllabus / bələdçisi

– Kurs haqqında məlumat broşuru

– Nümunə kurs kitabı

– Qiymətləndirmə üzrə təlimat

– NEBOSH Siyasəti və razılaşma nümunəsi

– İxtisas üzrə irəliləmə / inkişaf broşuru

https://www.nebosh.org.uk/qualifications/environmental-awareness/#examreg

https://www.nebosh.org.uk/policies-and-procedures/

________________________________

Kursun qiyməti

“NEBOSH İş Yerində Ətraf Mühitin Mühafizəsi (Award)” Kvalifikasiyası aşağıdakı ödənişləri əhatə edir:

– Kursun haqqı: 170 AZN

– Qiymətləndirmə üçün qeydiyyat haqqı: 90 AZN

– Ümumi: 260 AZN

——————————-

Ümumi ödəniş əhatə edir:

– 1 günlük kurs

– NEBOSH kurs kitabı

– Nahar və qəhvə/çay fasilələri

– Qiymətləndirməyə qeydiyyat

– Sertifikat (tələbə imtahandan keçərsə)

 

Qeyd: Əgər yerləşdiyiniz yerə sertifikat göndərilməsini tələb edirsinizsə, kuryer xidməti üçün əlavə ödəniş tələb oluna bilər.

__________________________________________

Nə təklif edirik?

HSE.AZ MMC NEBOSH Gold Learning Partner / Qızıl Öyrənmə Partnyorudur və istədiyiniz ixtisasa nail olmaq üçün sizə hər şeyi təmin edir.

– Çox saylı NEBOSH kvalifikasiyaları

– Sinif otağı, şirkət daxili, canlı-onlayn (Zoom ilə) metod

– 3 aya kimi faizsiz hissəli ödəniş imkanı

– NEBOSH tərəfindən təsdiq edilmiş təcrübəli təlimçilər tərəfindən tədris

– Ehtiyaclarınızı müəyyən etmək üçün təyin olunmuş müştəri məsləhətçisi ilə kursdan əvvəl məsləhətləşmələr (üz-üzə, video konfrans, mobil telefon, whatsapp, e-poçt vasitəsilə)

– Orijinal NEBOSH kurs kitabı

– Qəhvə/çay və nahar

_____________________________

Ödənişsiz konsultasiya və qeydiyyat üçün bizimlə əlaqə saxlayın

– Veb sayt: www.hse.az

– E-mail: info@hse.az

– Mobil/whatsapp: +994512067288

Kursa yazılmaq üçün yan butona klikləyərək qeydiyyatdan keçə bilərsiniz.