NEBOSH Neft və Qaz Əməliyyatları Təhlükəsizliyində Beynəlxalq Texniki Sertifikat (IOG)

Baxış sayı:

NEBOSH Beynəlxalq Neft və Qaz Sertifikatı ilk növbədə neft və qaz sənayesində təhlükəsizliyə məsuliyyət daşıyan menecerlər, supervayzerlər və sağlamlıq və təhlükəsizlik üzrə məsləhətçilər üçün nəzərdə tutulub. Kvalifikasiya əməliyyatların proses təhlükəsizliyinə fokuslanıb və tələbələrə dünyanın istənilən yerində əməliyyatların bütün sahələrində proses təhlükəsizliyi idarəetməsini tətbiq etmək və həyata keçirmək imkanı vermək üçün nəzərdə tutulub.

Bu kvalifikasiya təcrübə ilə birləşdikdə iştirakçılara iş yerlərində geniş spektrli təhlükələri müəyyən etməyə, qiymətləndirməyə və nəzarət etməyə imkan verən əsas bilikləri təmin edir. O, həm quruda, həm də dənizdə iş yerinin təhlükəsizliyi üzrə öhdəliklərin effektiv şəkildə yerinə yetirilməsinə imkan verən beynəlxalq standartlar və idarəetmə sistemləri əsasında qurulub.

Qlobal miqyasda neft və qaz sənayesindəki işəgötürənlər hesab edirlər ki, Beynəlxalq Neft və Qaz Sertifikatı birbaşa rəhbərlərə və işçi heyətinə əməliyyat təhlükəsizliyinin idarə edilməsi haqqında düzgüb anlayışla təmin etməklə onların təşkilatlarının təhlükəsizlik mədəniyyətini təkmilləşdirə bilər.

__________________________________________________

Kurs kim üçündür?

Bu kvalifikasiya neft və qaz (və ya əlaqəli) sənayelərdə çalışan və öz ixtisas sahələrində tətbiq olunan əməliyyatların sağlamlıq və təhlükəsizliyi prinsiplərini yaxşı başa düşməli olan şəxslər üçündür.

Bəziləri üçün Beynəlxalq Neft və Qaz Sertifikatı əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində ömürlük peşəkar karyera qurmaq yolunda mühüm addım ola bilər. Beynəlxalq Neft və Qaz Sertifikatı əldə edən tələbələrin bəziləri NEBOSH Diplom səviyyəli ixtisaslarımızdan birinə yüksəlir.

NEBOSH, Neft və Qaz Əməliyyat Təhlükəsizliyi sertifikatına müraciət edən tələbələrə kursu keçməzdən əvvəl sağlamlıq və təhlükəsizlik məsələləri ilə bağlı əsas biliyə malik olmanızı şiddətlə tövsiyə edir. Bu kursdan öncə, siz NEBOSH İGC kursu və buna ekvivalent olan digər bir kvalifikasiyada iştirak etməyinizi tövsiyyə edirik.

_______________________________________________

İşəgötürənlər nə əldə edəcək?

Neft və Qaz Əməliyyat Təhlükəsizliyi üzrə NEBOSH Beynəlxalq Texniki Sertifikatı beynəlxalq standartlara uyğun işləyən neft və qaz şirkətləri üçün faydalıdır və onlar öz əməliyyatlarının bütün sahələrində effektiv təhlükəsizlik və texnoloji təhlükəsizliyin idarə edilməsini həyata keçirməyə çalışırlar.

O, davamlı sağlamlıq və təhlükəsizlik təkmilləşdirmələri əldə etmək üçün menecerlərin, supervayzerləri və sağlamlıq və təhlükəsizlik məsləhətçilərinin sağlamlıq və təhlükəsizlik bacarıqlarını və biliklərini təkmilləşdirmək üçün sənayedə bir çoxları tərəfindən səmərəli şəkildə istifadə olunur. Çox sadə desək, Beynəlxalq Neft və Qaz Sertifikatı daha təhlükəsiz iş yerlərinə səbəb olan bir ixtisasdır.

Bu ixtisasa sahib olan insanlar öhdəliklərini anlayır və dünyanın hansı yerində fəaliyyət göstərmələrindən asılı olmayaraq, həyat itkisi, yaralanma və reputasiya itkisinə səbəb ola biləcək potensial zərərverici hadisələri necə azaltmağı başa düşürlər.

NEBOSH kvalifikasiyası bütün dünyada yüksək qiymətləndirilir. NEBOSH kvalifikasiyasına malik olan insanların işə götürülməsi sağlamlıq və təhlükəsizliyə sadiqlik və başqaları üçün təminat nümayiş etdirir. O, hətta tanınmış standartlara nail olmağa və yeni biznes qazanmağa kömək edə bilər.

O, beynəlxalq standartlara və ən yaxşı təcrübə tövsiyələrinə əsaslanır.

________________________________________________

Kurs nələri əhatə edir?

Neft və Qaz Əməliyyat Təhlükəsizliyi üzrə NEBOSH Texniki Sertifikatı “Beynəlxalq neft və qaz əməliyyatlarının təhlükəsizliyinin idarə edilməsi” adlı bir əsas bölməni (IOG1) əhatə edir.

Kvalifikasiyanın əhatə etdiyi əsas mövzular:

  •  Xammal və məhsulların çıxarılması, saxlanması və emalına xas olan təhlükələr
  • Karbohidrogen proses təhlükəsizliyi
  • Neft və qaz sənayesində istifadə olunan risklərin idarə edilməsi üsulları
  • Podratçının idarə edilməsi
  • Neft və qaz sənayesində yanğın və partlayışa nəzarət
  • Dəniz və quru logistikası

Bu bölmə aşağıdakı beş əsas elementə bölünür:

  • Kontekstdə sağlamlıq, təhlükəsizlik və ətraf mühitin idarə edilməsi
  • Karbohidrogen prosesinin təhlükəsizliyi (1)
  • Karbohidrogen prosesinin təhlükəsizliyi (2)
  • Yanğından mühafizə və fövqəladə halların aradan qaldırılması
  • Logistika və nəqliyyat əməliyyatları

 

Qeyd:

NEBOSH bu kvalifikasiya üçün xüsusi rəsmi giriş tələbləri qoymur. Bununla belə, qeyd etmək lazımdır ki: Neft və Qaz Əməliyyatları Təhlükəsizliyi üzrə Beynəlxalq Texniki Sertifikat kursunu keçməzdən əvvəl Əməyin Sağlamlığı və Təhlükəsizliyi üzrə NEBOSH Beynəlxalq və ya Milli Ümumi Sertifikatına (İGC və ya NGC) və ya ekvivalentinə nail olmaq çox tövsiyə olunur.

_____________________________________________

Giriş tələbləri

Bu kvalifikasiya üçün giriş tələbləri yoxdur, lakin tövsiyə edirik ki, tələbələr təhlükəsizlik məsələləri ilə bağlı əsas biliklərə malik olsunlar. Bu, NEBOSH Beynəlxalq Ümumi Sertifikat kursu ola bilər.

Tələbələrin tədris planında olan anlayışları başa düşmək və ifadə etmək üçün müvafiq ingilis dili standartına malik olmaları da vacibdir.

NEBOSH tövsiyə edir ki, bu ixtisasa yiyələnən tələbələr IELTS imtahanlarında Beynəlxalq İngilis Dili Test Sistemi (IELTS) balı 6.0 və ya daha yüksək olan minimum ingilis dili standartına bərabər olmalıdır.

Kursa yazılmazdan əvvəl ingilis dili səviyyəniz HSE.AZ MMC tərəfindən qiymətləndiriləcək.

____________________________________________

Qiymətləndirmə

Tələbələrin biliyi iki saatlıq yazılı imtahanla qiymətləndirilir. İmtahan 10 ədəd “qısa cavablı” sualdan və 1 ədəd “uzun cavablı” sualdan ibarətdir. İmtahan cavabınız NEBOSH tərəfindən təyin edilmiş səlahiyyətli xarici imtahançılar tərəfindən yoxlanılır.

İmtahan tələbənin istəyinə əsasən dünyada müxtəlif ölkələrdə yerləşən British Council-da (Britaniya Konsulluğu) təşkil olunur. Buna görə, tələbədən imtahanın təşkil edildiyi məkan üçün ödəniş tələb olunacaq.

İmtahanın nəticəsi 50 iş günü ərzində açıqlanacaq.

 

İmtahan tarixləri

  • 4 Mart 2023
  • 3 İyun 2023
  • 9 Sentyabr 2023
  • 9 Dekabr 2023

__________________________________________

Resurslar

Əlavə məlumat üçün aşağıdakı linkə daxil olun:

  • Tədris proqramı bələdçisi
  • İmtahançıların raportları
  • Siyasətlər və prosedurlar
  • Şərtlər və Qaydalar

https://www.nebosh.org.uk/qualifications/international-oil-and-gas-certificate/

https://www.nebosh.org.uk/policies-and-procedures/

_______________________________________________________

Ödənişlər

  • IOG kursu: 900 azn
  • İmtahan ödənişi: 200 azn
  • İmtahan mərkəzi ödənişi: 500 azn (British Council Baku)

Ümumi ödəniş: 1600 azn

Ümumi ödəniş 6 aya qədər faizsiz hissəli formada ödənilə bilər

______________________________________________________________________

Ümumi ödənişlər əhatə edir

  • 5 günlük kurs
  • Kurs kitabı
  • İmtahan qeydiyyatı
  • İmtahan yeri haqqı
  • Nahar və çay fasilələri
  • Sertifikat (tələbə imtahandan keçərsə)

Sertifikatın sizin məkana çatdırılması üçün kuryer ödənişi tələb olunacaq.

______________________________________________________________________

Nə təklif edirik?

  • Çox saylı NEBOSH kvalifikasiyaları
  • Sinif otağı, Canlı onlyan, şirkət daxili kurslar
  • 6 aya qədər hissəli ödəniş
  • NEBOSH tərəfindən təsdiq tutorlar tərəfindən tədris
  • Ehtiyaclarınızı müəyyən etmək üçün təyin edilmiş müştəri məsləhətçisi ilə kursdan əvvəl məsləhətləşmə (üz-üzə, video konfrans, WhatsApp, e-poçt vasitəsilə)
  • NEBOSH tərəfindən təsdiq olunmuş kurs kitabı
  • İmtahanlara hazırlıq
  • Nahar və çay fasilələri

_______________________________________

Ödənişsiz konsultasiya və qeydiyyat üçün bizimlə əlaqə saxlayın

– Veb sayt: www.hse.az

– E-mail: info@hse.az

– Mobil/WhatsApp: +994512067288

Kursa yazılmaq üçün yan butona klikləyərək qeydiyyatdan keçə bilərsiniz.