Bakıda kran aşdı – 1 işçi həyatını itirdi

23 September 2022
Baxış sayı:

22 Sentyabr. Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb.

“Report” xəbər verir ki, baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.

TƏBİB-dən bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib:

“Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb”.