İşçi ətqarışdırıcı qurğunun içində qalaraq həyatını itirib

29 December 2022
Baxış sayı:

“Qoç ət” KFT MMC-yə məxsus olan və Qaradağ rayonunun Lökbatan-Puta yolunda yerləşən kəsim sexində xadimə elektrik ətqarışdırıcı qurğunun içində qalıb.

Ötən gün günorta saatlarında kəsim sexində çalışan Rəqsanə Pirməmmədova qurğunu təmizləyərkən ətqarışdırıcı qurğu qəfil hərəkətə başlayıb. Nəticədə qadın qurğunun hissələrinin arasında qalıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Mənbə: Qafqazinfo